Abu Dabi Neft İnstitutunun prezidenti Bakı Ali Neft Məktəbində

Bakı Ali Neft Məktəbi (BANM) və Abu Dabi Neft İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Tədbirdə Abu Dabi Neft İnstitutunun prezidenti Tomas Hoçstetler, həmin ali təhsil müəssisəsinin xarici əlaqələr və əməkdaşlıq üzrə direktoru İbrahim Əl Həcri, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirinin müavini Abdulla Əl Şəmsi, BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri, qısa müddət ərzində əldə olunan nailiyyətləri və yeni kampusu haqqında məlumat verib. Görüşdə rektor, həmçinin  BANM-də tələbələr üçün təşkil olunan istehsalat təcrübəsinə verilən xüsusi önəmdən və onları elmi- tədqiqatlara təşviq etmək məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.

O, BANM və Abu Dabi Neft İnstitutu arasında qurulan əməkdaşlığın mühəndislik ixtisasları üzrə tələbə və akademik heyətin mübadiləsi, tədris proqramlarının hazırlanması, eyni zamanda, tətbiqi, elmi işlərin, akademik nəşrlərin, təlim materiallarının və digər məlumatların mübadiləsi, birgə tədqiqatların aparılması və digər məsələlər üzrə fəaliyyət göstərməsinə şərait yaradacağını bildirib. Elmar Qasımov Abu Dabi Neft İnstitutunun BANM-in tərəfdaşları sırasına daxil olması ilə hər iki ali təhsil müəssisəninin gələcəkdə mühəndis kadrlar hazırlayan dünya universitetləri arasında nüfuz qazanacağına  əminliyini ifadə edib.

Mərasimdə Abu Dabi Neft İnstitutunun prezidenti Tomas Hoçstetler, həmin ali təhsil müəssisəsinin xarici əlaqələr və əməkdaşlıq üzrə direktoru İbrahim Əl Həcri çıxış edərək, mühəndis kadrların hazırlanması sahəsində birgə fəaliyyətə maraqlı olduqlarını və bu istiqamətdə əməkdaşlığın qurulmasından fərəh hissi keçirdiklərini, eyni zamanda, yaradılan əlaqələrin  hər iki ali məktəbə   mühəndis hazırlığı istiqamətində yeni nailiyyətlər gətirəcəyinə əminliklərini ifadə ediblər.

Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirəsi keçirildikdən sonra BANM və Abu Dabi Neft İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

Sonda BANM-in rektoru Elmar Qasımov Abu Dabi Neft İnstitutunun prezidenti Tomas Hoçstetlerə rəhbəri olduğu ali məktəbin “Fəxri qonaq” diplomunu təqdim edib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında