UNEC Mərkəzi Asiya Universitetləri Birliyinə üzv seçilib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Qırğızıstan-Türkiyə Manas Universitetinin (QTMU) təşəbbüsü ilə yaradılan Mərkəzi Asiya Universitetləri Birliyinə (MAUB) üzv seçilib.

UNEC-in iqtisadiyyat və işlətmə kafedrasının müdiri Fariz Əhmədov niyyət məktubunun imzalanma mərasimində iştirak edib. 15 ölkədən 29 universitetin üzv olduğu birliyi Azərbaycandan UNEC təmsil edib. UNEC, həmçinin birliyin idarə heyətində də yer alıb. QTMU-nun rektoru, professor Səbahettin Balcı Mərkəzi Asiya Universitetləri Birliyinin rəhbəri seçilib.

Mərkəzi Asiya Universitetləri Birliyinin məqsədi ali təhsil müəssisələri və onlarla əməkdaşlıq edən qurumlar arasında əlaqələri gücləndirmək, inteqrasiyanı dəstəkləmək, müəllim-tələbə mübadiləsini təşkil etmək, ikili diplom proqramlarını tətbiq etmək, proqram və kredit mübadilə sistemlərinin təkmilləşdirilməsi istiqamətində birgə çalışmaq, keyfiyyət təminatı sistemi yaratmaq və akkreditasiya mexanizmləri üzərində işləmək, üzv olan universitetlərin güclü olduğu sahələri nəzərə alaraq, regional inkişafa töhfə verəcək layihələri dəstəkləməkdir.

Tədbir çərçivəsində Qırğızıstan-Türkiyə Manas Universitetinin 20-ci ildönümü də qeyd edilib. Yubiley münasibətilə hazırlanan sənədli filmin nümayişi ilə başlayan mərasim universitet rəhbərliyi və dövlət nümayəndələrinin çıxışları ilə davam edib.

Sonda tələbələrin ifasında türk dünyası mahnı və rəqsləri nümayiş etdirilib.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında