Tələbələr mükafatlandırılıblar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2015-2016-cı tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə uğur qazanmış və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdlərinin verilməsi və ötən il beynəlxalq tədbirlərdə qalib olmuş tələbələrin mükafatlandırılması ilə bağlı mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev müasir dünyada elmin, təhsilin, mədəniyyətin, idmanın mühüm rolundan danışıb, Prezident İlham Əliyevin bu sahələrin inkişafına xüsusi önəm verdiyini bildirib.

AHİK-nin sədri ölkəmizdə gənclərə daim böyük diqqət və qayğı göstərildiyini vurğulayıb.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən S.Mehbalıyev bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis olunub. Təqaüd qış və yay imtahan sessiyalarının nəticələrinə görə uğur qazanan və həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir.

Tədbirdə 20 ali məktəbin 61 tələbəsinə adlı təqaüd təqdim edilib. Qeyd olunub ki, indiyədək 1907 tələbə bu təqaüdə layiq görülüb.

Eyni zamanda, 2015-ci ildə beynəlxalq səviyyəli elm, incəsənət və idman müsabiqələrində iştirak edərək yüksək nailiyyətlər qazanan 22 tələbəyə fəxri fərman və pul mükafatı verilib.

Mükafatlandırılan tələbələr Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Musiqi Akademiyası və digər ali təhsil müəssisələrində təhsil alırlar.  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında