Bilik Fondu xarici tələbələri Xocalı həqiqətləri barədə məlumatlandırdı

Azərbaycan Respublikasının Prezidenti  Administrasiyası rəhbərinin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakıda və Azərbaycanın müxtəlif bölgələrində Xocalı faciəsinin 24-cü ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir. Tədbirlərə fondun əməkdaşlarının və Könüllülər Birliyi üzvlərinin soyqırımı qurbanlarının xatirəsini yad etməsi ilə başlanılıb. İcraçı direktor Oktay Səmədov xalqımızın yaxın tarixində baş verən qanlı hadisələrin yalnız müəyyən günlərdə deyil, hər zaman xatırlanmasının və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini vurğulayıb.   

Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş “Əsrin faciəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı erməni qəsbkarlarının vəhşiliklərindən danışıb. Xocalıda törətdilən faciələrin heç vaxt yaddan çıxmayacağını diqqətə çatdıran akademik Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın ayrı-ayrı ölkələrində keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Xocalıda yalnız azərbaycanlı olduqlarına görə soyqırıma məruz qalmış insanların acı taleyindən danışıb, bu qətliama beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət verilməsinin zəruriliyini diqqətə çatdırıb.

Mərasimdə Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti, Ali Neft Məktəbi, Qafqaz Universiteti, Dövlət Dillər Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində təhsil alan xarici ölkələrdən olan 80-dək tələbə iştirak edib.

Xocalı faciəsini əks etdirən sənədli filmin nümayişi Pakistan, Əfqanıstan, Zimbabve, Çexiya, Fələstin, Polşa, İtaliya, Portuqaliya, Rusiya, Türkmənistan və Yəməndən olan tələbələri təsirləndirib. 

Tədbir Binəqədi rayon 244 nömrəli orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompazisiya ilə davam edib.

Sonra Bilik Fondunun təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Şuşa Musiqili Dram Teatrının ifasında Xocalı həqiqətlərindən bəhs edən “Ağ qayıq” tamaşası göstərilib. Elnurə Abdullayevanın pyesi əsasında Samir Qulamovun quruluş verdiyi tamaşaya fondun “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçısı olan  Bakı şəhər 245, 45, 18 nömrəli orta məktəblərinin şagirdləri, BSU və BDU-nun tələbələrindən ibarət könüllülər baxıblar.

Fondun təşkilatçılığı ilə Avrasiya Universitetində keçirilən anma tədbirində də soyqırım qurbanları yad edilib, Xocalı faciəsinin, ümumilikdə xalqımıza qarşı törədilən vəhşiliklərin tarixi kökləri ilə bağlı faktlar səsləndirilib. 

Bilik Fondu Gənc Tamaşaçılar Teatrında da Xocalı şəhidlərinin xatirəsini yad edib.  Bakının 189-190, 53 nömrəli tam orta məktəblərinin, BSU-nun Məktəb-Lisey Kompleksinin, İ.Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdlərinin və fondun könüllülərinin iştirak eidiyi tədbirdə Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında hazırlanmış “Arzu və Murad” tamaşası təqdim olunub. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Faciənin ildönümü ərəfəsində Bilik Fondunun yerli nümayəndələrinin təşkilatçılığı ilə Qax və Oğuz Bilik evlərində, həmçinin Şamaxı, İsmayıllı, Beyləqan, Ağstafa, Zaqatala, Qaradağ, Ağdam və digər rayonlarda məktəblilərin, yerli ziyalıların iştirakı ilə toplantılar keçirilib. Bütün ümumtəhsil məktəblərində Qanlı Yanvar hadisələrinə həsr edilmiş xüsusi dərslər aparılıb, sinif divar qəzetləri Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilib, ümumtəhsil məktəblərində tariximizin bu qanlı səhifəsini əks etdirən güşələr yaradılıb, şagirdlərin əl işləri və rəsmlərindən ibarət sərgilər təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında  Bilik Fondunun informasiya təminatı sektorundan bildirmişlər ki, Xocalı soyqırımı həqiqətlərinin dünyaya çadırılması məqsədilə Bilik Fondunun Beynəlxalq layihələr sektorunun təşəbbüsü ilə sosial aksiya həyata keçirilib. Fondun rəsmi elektron ünvanından onun əməkdaşlıq etdiyi 200-dən çox xarici təşkilat və şəxsə Xocalı faciəsi haqqında sənədli film və tarixi faktlarla zəngin məlumatlar göndərilib.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında