Tələbələr robototexnika üzrə biliklərini sınayıblar

Bakı Ali Neft Məktəbində (BANM) proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr arasında robototexnika üzrə yarışma keçirilib.

BANM-in mətbuat xidmətindən   bildiriblər ki, bu ali məktəbin rektoru Elmar Qasımov tələbələrin yaradıcılıq və təşəbbüslərinin, onların qatıldıqları yarış və sərgilərin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, belə yarışlarda BANM-in əməkdaşlıq etdiyi beynəlxalq şirkətlərin təmsilçilərinin iştirakı da təqdirəlayiqdir. Rektor yarışmanın qaliblərini mükafatlandıran Avandsis GROUP, Schneider Electric, Emerson Process Management, ABB, Siemens şirkətlərinə təşəkkür edib, bu qurumlarla əməkdaşlıqdan məmnunluğunu bildirib. E.Qasımov bilik yarışmasının davam etdirilməsinin, gələcəkdə orta ümumtəhsil məktəbləri ilə birgə keçirilməsinin vacibliyini vurğulayıb, yarış iştirakçılarına uğurlar arzulayıb.

Sonra üçüncü kursda təhsil alan 18 tələbədən ibarət altı komandanın iştirakı ilə yarışma başlanıb. Tələbələr hazırladıqları və proqramlaşdırdıqları robotları nümayiş etdirib, onların işləməsini əyani göstəriblər.

Yarışın nəticələrinə əsasən, “New era” komandası birinci, “Moon walkers” komandası ikinci, “Star” komandası üçüncü yerləri tutublar.

Qalib komandalara BANM-in əməkdaşlıq etdiyi şirkətlər tərəfindən hədiyyələr verilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında