Fransanın Azərbaycandakı səfiri qış məktəbinin açılışında iştirak edib

Fevralın 3-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) müəllimləri üçün qış məktəbinə start verilib. UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində təşkil olunan məktəbin rəsmi açılış mərasimində Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez iştirak edib.

UNEC-in rektoru, professor Ədalət Muradov təhsilverənlərin elmi-pedaqoji biliklərinin artırılması, müasir tədris bacarıqlarının inkişaf etdi-

rilməsi məqsədilə təşkil edilən qış məktəbinin təhsil naziri Mikayıl Cabbarovun təşəbbüsü ilə həyata keçirildiyini bildirib. O, bu gün start verilən təlimlərin “Universitet Sistemində interaktiv təhsil” mövzusuna həsr edildiyini qeyd edib. Rektor Paris Sorbon Universiteti - Abu Dabi professoru Florent Pratlongun keçdiyi təlimlərdə UNEC-in 100 müəlliminin iştirak etdiyini bildirib.

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez UNEC ilə tanışlığından məmnun qaldığını bildirib. Təmsil etdiyi ölkələrin təhsil sektorundan söz açan səfir, dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Paris Sorbon Universitetinin təcrübəsindən yararlanmağın müsbət tərəflərindən danışıb.

Tədbirdə qış məktəbinin davamlı olacağı bildirilib. Növbəti mərhələdə Türkiyənin Uludag Universitetinin professoru Ercan Dülgeroğlu UNEC-in 30 müəlliminə təlim keçəcək. Bundan başqa, UNEC-in 15 professoru Türkiyənin ali təhsil sistemi ilə yaxından tanış olmaq üçün qardaş ölkəyə ezam edilib. Eyni zamanda, UNEC də nümunəvi dərslərə start verilib. Nümunəvi dərslərdə UNEC-in professor və kafedra müdirləri öz biliklərini universitetin gənc müəllim və əməkdaşlarına ötürürlər.

Elnarə ÖMƏROVA 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında