ADA Universitetinin tələbələri İtaliyada olublar

ADA Universitetinin tələbələrlə iş üzrə dekanı Turqut Mustafayevin rəhbərliyi ilə bu ali təhsil ocağının 40 nəfərdən ibarət tələbə heyəti İtaliyada səfərdə olub.

Səfər çərçivəsində tələbələr İtaliyanın Xarici İşlər Nazirliyində, La Sapienza Universitetində və bu təhsil ocağının nəzdində fəaliyyət göstərən Azərbaycan üzrə Araşdırmalar və Tədqiqatlar Mərkəzində, “Istituto Affari Internazionali” (İAİ) “beyin mərkəzi”ndə bir sıra görüşlər keçiriblər.

İtaliya Xarici İşlər Nazirliyinin idarə rəisi Maurizio Qreqanti ilə keçirilmiş görüşdə Azərbaycan-İtaliya əlaqələrinin müxtəlif istiqamətləri, münasibətlərimizin inkişaf perspektivləri barədə tələbələrə məlumat verilib. Bildirilib ki, İtaliya Azərbaycan ilə müxtəlif sektorlarda qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.

Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşları ilə görüşdə iki ölkənin gənclərinin birgə təşəbbüsü ilə həyata keçirilmiş layihələrin səfirlik tərəfindən dəstəkləndiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycanın və İtaliyanın ali təhsil müəssisələri arasında da yaxın əlaqələr mövcuddur və bu, ölkələrimiz arasında təhsil sektorunda münasibətlərin genişlənməsinə töhfə verməkdədir.

ADA Universitetinin tələbələri İtaliya-Azərbaycan Ticarət Palatasının rəhbəri Manuella Traldi ilə görüşdə qurumun fəaliyyəti, hər iki ölkədən olan iş adamlarının qarşılıqlı səfərlərinin təşkili istiqamətində gördüyü işlər, Azərbaycanda mövcud biznes mühitinin italiyalı sahibkarların maraq dairəsində olması barədə məlumatlandırılıblar.

Səfər çərçivəsində ADA Universitetinin nümayəndə heyəti, həmçinin IAI-nin direktoru, professor Ettore Qreko, TAP layihəsinin İtaliya üzrə ofisinin nümayəndələri, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının və Azərbaycan Tələbə Şəbəkəsinin üzvləri ilə görüşüb.

Görüşlərdə hər iki ölkənin gənclərinin müxtəlif sahələrdə birgə təşəbbüslərə maraq göstərmələri, qarşılıqlı təcrübə mübadiləsi, eyni zamanda, ölkələrimiz arasında tərəfdaşlığın genişləndirilməsi, bu baxımdan TAP layihəsinin önəmi və digər məsələlər diqqət mərkəzində olub.

Səfər zamanı İtaliya parlamentinin binası və Xarici İşlər Nazirliyindəki incəsənət qalereyası ilə tanışlıq ADA Universitetinin tələbələrində böyük maraq yaradıb.

Maqsud DADAŞOV,
AZƏRTAC-ın xüsusi müxbiri

Roma


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında