Azərbaycan və Rusiya ali məktəblərinin əməkdaşlığında yeni mərhələ

 Noyabrın 19-da “ADA” Universitetində Azərbaycan-Rusiya Universitetlərarası Forumunun açılışı olub. İki ölkənin aparıcı universitetlərinin rektorlarının və tanınmış elm xadimlərinin iştirak etdiyi forum Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, “ADA” Universitetinin rektoru Hafiz Paşayev tədbiri açaraq iştirakçıları salamlayıb və bu forumun keçirilməsinə göstərilən köməyə görə Rusiya nümayəndə heyətinə minnətdarlığını bildirib. O, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan və Rusiya təhsil nazirliklərinin təşəbbüsü ilə noyabrın 20-də Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının yaradılması haqqında Memorandum imzalanacaq. Rektor bu sənədin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, həmin Memorandum iki ölkənin aparıcı universitetlərinin əməkdaşlığı tarixində yeni səhifə açacaq. Hafiz Paşayev “ADA” Universitetinin yaradılması tarixi və fəaliyyəti barədə də məlumat verib.

Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov forumun işini yüksək qiymətləndirərək vurğulayıb ki, bu cür tədbirlər Azərbaycan və Rusiya ali məktəblərinin rektorluqları arasında qarşılıqlı münasibətlərin və dostluq əlaqələrinin möhkəmlənməsində böyük rol oynayır, çünki bu forumda bir sıra mühüm məsələlər müzakirə edilir, təcrübə mübadiləsi, müxtəlif mövzularda diskussiyalar aparılır.

Ufa Dövlət Neft-Texniki Universitetinin rektoru Ramil Baxtizin diqqətə çatdırıb ki, Azərbaycan həmişə təhsil ocağı olub, Azərbaycan universitetlərinin məzunlarına bütün dünyada tələbat var. O, Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının işinin uğurlu olacağına əminliyini bildirib.

Sonra Azərbaycan və Rusiya Universitetlərinin rektorları təhsil, elm və texnologiyalar sahəsində Rusiya-Azərbaycan əlaqələrinin inkişafı mövzusunda məruzələrlə çıxış ediblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında