Aqrar və ADA universitetləri arasında əməkdaşlıq genişlənir

ADA Universitetinin aparıcı əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar. Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovla keçirilən görüşdə Kənd Təsərrüfatı Nazirliyi və ADA Universiteti arasında bağlanan anlaşma memorandumuna əsasən, 2016-2017-ci tədris ilində kənd təsərrüfatı üzrə MBA proqramı ilə magistr hazırlığı müzakirə edilib.

ADAU-nun mətbuat xidmətindən verilən məlumata görə, 17 ay davam edəcək tədris proqramını müvəffəqiyyətlə bitirənlər ADA Universitetinin magistrantı dərəcəsini qazanacaqlar. Bu proses Azərbaycan Dövlət Aqrar Universiteti ilə zəruri əlaqələndirmə və əməkdaşlığı həyata keçirəcək. İxtisası seçənlər MBA tədris proqramı çərçivəsində kənd təsərrüfatı sənayesinin əsasları, iqtisadiyyatı, maliyyələşdirilməsi, marketinqi, idarə edilməsi üzrə nəzəri fənlər və praktiki seminarlar keçəcəklər. Magistrlər beynəlxalq təcrübədən yararlanmaq məqsədilə xaricə təhsil mübadiləsi səfəri də edəcəklər. Bütün xərclər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ödəniləcəkdir.

ADA Universiteti Biznes Məktəbinin dekanı, doktor Nejdet Delener deyib ki, ADAU-nun tələbələri MBA proqramına müraciət edəcək və biz də o tələbələrin magistr pilləsində hazırlığını keçəcəyik. Digər müxtəlif sahələrdə – professorların təlimi, tələbə mübadiləsində də əməkdaşlıq edəcəyik. Bu əməkdaşlıq hər iki universitet üçün faydalı olacaq.

Nümayəndə heyətinə ADAU-nun tədris bazası haqqında geniş məlumat verilib, dünya universitetləri ilə aparılan əməkdaşlığın uğurlarından söhbət açılıb. Görüşdən sonra ADAU-nun  aqrobiznes və idarəetmə fakültəsinin iclas salonunda ADA  Universitetinin əməkdaşları tərəfindən kənd təsərrüfati üzrə MBA magistr proqramının təqdimatı keçirilib.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında