“ADA” Universiteti ilə BMT-nin Əhali Fondu arasında anlaşma memorandumu imzalanıb

Noyabrın 12-də “ADA” Universiteti ilə BMT-nin Əhali Fondu (UNFPA) arasında anlaşma memorandumu imzalanıb. Memorandum keyfiyyətli təhsil üzrə layihə və proqramların işlənilməsi istiqamətində səmərəli əməkdaşlıq üçün geniş imkanlar yaradılmasını nəzərdə tutur. Bu sənəd sayəsində hər iki tərəfin araşdırma layihələrində birgə iştirakı, birgə konfranslar, mədəni proqramların təşkili və “ADA” Universiteti tələbələrinin  BMT-nin Bakı və regional ofislərində təcrübə keçmələri mümkün olacaq. 

“ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev bu ali məktəbdə BMT-yə həsr olunan mövzularda müzakirələrin mütəmadi keçirildiyini bildirib. “ADA” Universitetinin uğurlu inkişaf yolundan danışan rektor BMT tərəfindən qəbul edilən Davamlı İnkişaf Hədəfləri barədə məlumat verib.

Tədbir çərçivəsində UNFPA-nın icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin “ADA” Universitetinin müəllim və tələbələri üçün mühazirə oxuyub.   

Mühazirə bu il BMT tərəfindən qəbul edilən “Davamlı İnkişaf Hədəfləri və  diplomatların bu gündəmin irəliləməsində rolu” mövzusuna həsr olunub. BMT rəsmisi mühazirədə əsasən dünya əhalisinin artım meyillərinin yaratdığı çətinliklərdən danışıb.

Bildirilib ki, bu sahədə gənclərin məlumatlandırılması üçün UNFPA “ADA” Universitetinin kitabxanasına reproduktiv sağlamlıq, gender bərabərliyi, əhali dinamikası, gənclərlə bağlı məsələlərdən bəhs edən, Azərbaycanda son illərin demoqrafik dəyişikliklərini təhlil etməyə imkan verən tədqiqatlarda istifadə oluna biləcək nəşr və kitablar hədiyyə edib.

Sonda iştirakçıların sualları cavablandırılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında