İqtisad Universiteti rektorların görüşünü keçirməyi təklif edib

Noyabrın 3-də Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı və rektoru, professor Həsən Niknafs Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olublar.

Görüşdə hər üç universitet arasında elmi-texniki əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəddə Qafqaz və Xəzər Universitetləri ilə ADİU arasında elmi-pedaqoji, tədqiqat işlərinin aparılması nəzərdə tutulur. Memoranduma əsasən, professor-müəllim heyəti və doktorantlar üçün bu ali təhsil müəssisələrində təkmilləşdirmə kursları təşkil olunacaq. Eyni zamanda, universitetlərin professor-müəllim heyəti doktorantlara elmi rəhbərlik edəcək. Bundan başqa, birgə sərgi və elmi konfransların təşkili, kadr və tələbə mübadiləsi həyata keçiriləcək.

ADİU-nun rektoru, professor Ədalət Muradov universtetdəki yeniliklərdən danışıb, hədəfləri açıqlayıb. Ali təhsil ocağının beynəlxalq əlaqələrindən söz açan rektor bildirib ki, ADİU bu günə qədər əsasən xarici universitetlərlə əməkdaşlıq edib. Azərbaycanın ali təhsil müəssisələri ilə də əməkdaşlığın faydalı olduğunu vurğulayan rektor, Qafqaz və Xəzər universitetlərinin təcrübəsindən yararlanmağın vacibliyini diqqətə çatdırıb.

Öz təcrübələrini ADİU ilə paylaşmağa hazır olduqlarını bildirən Ə.Saniç Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan ADİU-da tətbiq edilən yeniliklərin Qafqaz Universiteti üçün yararlı olacağını bildirib.

H.Niknafs isə ADİU ilə tanışlıqdan məmnun olduğunu bildirib. Bu əməkdaşlığın universitetlər üçün faydalı olacağına əminliyini ifadə edib.

Ə.Muradov Azərbaycandakı ali təhsil müəssisələri rektorlarının qeyri-rəsmi görüşünü keçirməyi təklif edib. Mütəmadi keçiriləcək görüşlərdə ali təhsildəki problemlərin müzakirə olunacağını nəzərə çatdırıb.

Sonda qonaqlar ADİU-da Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradılan Maliyyə laboratoriyası və London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr proqramı ilə tanış olublar. Onlar ali məktəb radiosunda tələbələrin suallarını cavablandırıblar.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında