Təhsil naziri Qubada şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə əsasən, oktyabrın 28-də təhsil naziri Mikayıl Cabbarov Quba şəhərindəki Heydər Əliyev Mərkəzində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.

AZƏRTAC xəbər verir ki, nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan 78 nəfər vətəndaşın müraciətinə baxılıb.

Müraciətlər əsasən işədüzəltmə, distant təhsil, müəllimlərin attestasiyası, kənd və rayon məktəblərində iş yerlərinin dəyişdirilməsi, dərs saatlarının artırılması, tədris müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, təhsil haqqının ödənilməsi və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərin çoxu yerindəcə həll edilib. Araşdırılması zəruri hesab olunan bəzi müraciətlərlə əlaqədar nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Vətəndaşlar bölgələrdə bu cür qəbulların keçirilməsinin, onların rahatlığının təmin edilməsinin təşəbbüsçüsü olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında