Dərbənddə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş orta məktəbin açılışı olub

Dərbənddə (Rusiya) Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin adını daşıyan 4 nömrəli orta ümumtəhsil məktəbinin Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmasından sonra təntənəli açılışı olub.

Dağıstan KİV-lərində verilən məlumata görə, tədbirə toplaşanlar qarşısında çıxış edən məktəbin direktoru Gülnaz Səmədova görülmüş işlər barədə məlumat verib, məktəbin bütün pedaqoji kollektivi, şagirdlər və onların valideynləri adından şəhərin 2000 illik yubileyi münasibətilə bu məktəbin “ikinci dəfə doğuluşuna görə” Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya təşəkkür edib. Bu əlamətdar hadisə münasibətilə məktəb binasının əsas divarına xatirə lövhəsi vurulub.

Açılış mərasimində Dağıstanın təhsil və elm naziri Şahabbas Şahov iştirak edib. Nazir öz çıxışında təşəkkür sözlərinə şərik olduğunu bildirərək deyib: “Dost Azərbaycan Respublikası kimi qonşuları olmaq çox vacibdir”.

Məktəbin şagirdləri açılış mərasimi münasibətilə mahnı və rəqslərdən ibarət maraqlı tamaşa hazırlayıblar. Sonra qonaqları məktəb ərazisinə baxmağa dəvət edərək, onları bu təhsil müəssisəsinin yeni maddi-texniki bazası ilə tanış ediblər.

1926-cı ildə tikilmiş 4 nömrəli məktəb əvvəlcə “Yeddiillik fabrik-zavod məktəbi” adlanırdı. Bu gün həmin məktəb onun məzunu olmuş Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin adını daşıyır. Gələn il bu təhsil müəssisəsinin yaradılmasının 90 ilik yubileyi qeyd ediləcək. Təmirdən sonra burada iki növbədə 700-dən çox şagird təhsil alacaq.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında