IDEA İctimai Birliyi Bakı Dövlət Universitetinin tələbələri üçün elmi seminar təşkil edib

IDEA İctimai Birliyinin Resurs Mərkəzində bioloji müxtəlifliyin mühafizəsi üzrə tanınmış mütəxəssis Elman Yusifovun iştirakı ilə Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq, biologiya və geologiya fakültələrinin tələbələri üçün “Ekoloji Menecment” mövzusunda elmi seminar təşkil edilib.

İctimai Birlikdən bildiriblər ki, seminarda iştirakçılara ətraf mühitin müxtəlif sahələri barədə maraqlı məlumatlar verilib.

Seminar çərçivəsində Elman Yusifovun müəllifi olduğu “Ekoloji Menecment” adlı ikicildlik dərs vəsaitinin təqdimatı da keçirilib. Kitab Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın baş redaktorluğu ilə nəşr edilib.

Kitabda ətraf mühitin bütün sahələri, o cümlədən ekosistemlər, biomüxtəliflik, hüquqi tənzimlənmə, müasir dünyada müşahidə edilən qlobal ekoloji problemlər və onların həlli yolları, beynəlxalq təcrübə və digər elmi araşdırmalar əks olunub. Bu nəşr ətraf mühit, ekologiya və davamlı inkişaf sahələrində təhsil alan tələbələr üçün faydalı dərs vəsaiti olmaqla yanaşı, qeyd edilən sahələrdə çalışanlar üçün stolüstü kitab kimi də xüsusi əhəmiyyət daşıyır.

İnteraktiv şəraitdə keçirilən seminarda gənclər ətraf mühitin mühafizəsi ilə bağlı onları maraqlandıran mövzularda peşəkarla bilavasitə müzakirə aparmaq imkanı əldə ediblər.

Tədbirin sonunda IDEA İctimai Birliyi tərəfindən iştirakçılara iki cildlik “Ekoloji Menecment” kitabları hədiyyə olunub.

İctimai Birlik ölkəmizin digər ali təhsil müəssisələrinin tələbələri üçün də oxşar seminarlar təşkil edəcək.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında