Aqrar Universitetdə tədbir

Azərbaycan Dövlət Aqrar Universitetində Bilik Gününə həsr olunan tədbir keçirilib. Universitetin iqtisadiyyat korpusunun yeni istifadəyə verilmiş hissəsində keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov professor-müəllim və tələbə heyətini yeni tədris ili münasibəti ilə təbrik edib,  onlara nailiyyətlər arzulayıb. 

Tədris ilinə hazırlıqla bağlı universitetdə görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışan rektor 2015/2016-cı tədris ilində universitetə tələbə qəbulunun səviyyəsinin, onun strukturunda kənd təsərrüfatı ixtisaslarının xüsusi çəkisinin, beləliklə, dövlət sifarişi ilə təhsil alan tələbələrin sayının artmasının, əvvəlki tədris illəri ilə müqayisədə birinci kursa qəbul olunmuş tələbələrin daha yüksək bal toplamalarını müsbət nəticələr kimi qiymətləndirib.

Tədbirdə iştirak edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov nazir Heydər Əsədovun adından kollektivi təbrik edərək dövlətin aqrar sahəyə, onun kadr və elmi təminatına dəstəyindən danışıb. Nazir müavini qeyd edib ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin 11 sentyabr 2015-ci il tarixli 93 nömrəli əmrinə əsasən kənd təsərrüfatı sahələrində daha çox ehtiyac duyulan ixtisaslara gənclərdə marağın artırılması məqsədilə 2015-ci ildə qəbul imtahanlarında 250-dən çox bal toplayaraq aqronomluq, zootexniklik və baytarlıq ixtisasları üzrə dövlət sifarişi əsasında universitetin bakalavriat pilləsinə qəbul edilmiş tələbələrə aldıqları təqaüddən əlavə universitetin xüsusi (büdcədənkənar) vəsaitləri hesabına ayda 100 (yüz) manat ödəniləcəkdir.  Bundan başqa, 2015/2016-cı tədris ilində universitetə müvafiq olaraq 674 və 672 bal toplamış 2 tələbəyə aldıqları təqaüddən əlavə xüsusi (büdcədənkənar) vəsaitlər hesabına ayda 100 (yüz) manat, 500-600 arasında bal toplayan tələbələrə isə 50 (əlli) manat məbləğində ödənilməsi haqqında qərar qəbul olunmuşdur.

Qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrindən Aysel Arzu qızı Həsənova (674 bal), Məryəm İlham qızı Novruzova (672 bal) çıxış edərək respublikada yeganə ali aqrar təhsil müəssiəsi olan Azərbaycan Dövlət Aqrar Universitetini seçdiklərindən fəxr hissi keçirdiklərini və bu təhsil ocağında yüksək səviyyədə təhsil alacaqlarına əmin olduqlarını bildiriblər.

Tədbirin sonunda yüksək bal toplayan 2 tələbəyə noutbuk, 5 tələbəyə planşet hədiyyə edilib.

H.QASIMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında