UNEC-də LU/LSE bakalavr proqramı üzrə dərslər başlanıb

London Universiteti / London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr proqramının Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dərsləri başlanıb.

UNEC-in rektoru, professor Ədalət Muradov gəncləri dünyanın ən qabaqcıl iqtisadiyyat yönümlü ali məktəbinin proqramı üzrə dərslərə başlamaqları münasibətilə təbrik edib. Bildirib ki, burada tələbələr London Universitetinin tədris proqramı əsasında təhsil almaqla yanaşı, həmçinin bu nüfuzlu təhsil ocağının tədris resurslarından da istifadə edə biləcək, London İqtisadiyyat Məktəbinin İngiltərə paytaxtında yerləşən kampusunda fəaliyyət göstərən yay məktəbinə qatılacaqlar. Rektor qeyd edib ki, tələbələrin UNEC-lə bərabər, LSE-nin bakalavr diplomunu da əldə etmələri onları əmək bazarında rəqabətə davamlı kadra çevirəcək.

İlk dərsi London Universiteti / London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr proqramının UNEC-dəki tədris işləri üzrə direktoru Tayson Lemons keçib. T.Lemons tələbələrə LSE-də tədris prosesinin üstünlüklərindən söz açıb. Bildirib ki, tədris proqramının tərtibi, təhsilin keyfiyyət parametrlərinə nəzarət və tədris prosesinin idarə olunmasını birbaşa London Universiteti həyata keçirəcək. LSE-nin hazırkı kurikulumuna uyğun olaraq, hər tədris ilində dörd fənn olmaqla, üç il ərzində 12 əsas fənn tədris ediləcək. Bu fənlər üzrə yekun imtahanları hər tədris ilinin sonunda (may-iyun aylarında) keçiriləcək və nəticələr qiymətləndirilmək üçün LSE-yə göndəriləcək. Proqramı müvəffəqiyyətlə bitirən məzunlar London Universitetinin İqtisadiyyat Məktəbinin bakalavr diplomunu alacaqlar. Diplomlar Londonda keçirilən məzun günündə təqdim olunacaq.

London Universiteti / London İqtisadiyyat Məktəbinin bakalavr proqramında birinci kursu bitirmiş, umumi orta müvəffəqiyyət göstəricisi 80 baldan çox olan və ingilis dili tələblərinə cavab verən (IELTS - 60, TOEFL - 87, PTE Academic - 57) 6 tələbə təhsil alır. Tələbələrin bakalavr proqramına qəbulunu LSE həyata keçirib.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında