Zaqatalada yeni tədris binaları istifadəyə verilib

Bu günlərdə Zaqatala rayonunda yeni tikilmiş 450 yerlik Yuxarı Tala 2 saylı tam orta məktəbin və Kebeloba  kənd ümumi orta məktəbinin yeni korpusunun açılış mərasimləri keçirilmişdir.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də kənd ictimaiyyətinin və KİV-in nümayəndələri iştirak etmişlər.

Öncə Kebeloba kənd ümumi orta məktəbin yeni tikilmiş korpusunun açılışı olmuşdur. Tədbiri giriş sözü ilə açan rayon təhsil şöbəsinin müdiri Habil Qurbanov kənddə təhsilin keyfiyyətinin artırılması məqsədilə hər cür şəraitə malik, müasir avadanlıq və texniki vasitələrlə təhciz olunmuş belə korpusun tikilməsinə ehtiyac olduğunu qeyd etmiş və yeni dərs ilinin başlandığı gün şagirdlərin istifadəsinə verilməsi münasibəti ilə kənd sakinlərini, müəllim kollektivini və şagirdləri təbrik etmişdir.

Daha sonra  Yuxarı Tala kənd 2 saylı tam orta məktəbin açılışı mərasimində çıxış edən Habil Qurbanov iştirakçıları salamlamışdır. Qeyd edildi ki, büdcə vəsaiti hesabına yeni inşa edilmiş 450 şagird yerlik   məktəb hər cür  avadanlıqla təchiz  olunmuş, həyəti abadlaşdırılmış və müasir istilik sistemi ilə təchiz edilmişdir. Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları məktəb binası ilə yaxından tanış olmuşlar. 

Hər iki tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Azərbaycan təhsilinin yüksək nailiyyətlər qazanmasında ulu öndərimiz Heydər

Əliyevin tarixi xidmətlərindən danışmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün sahələrdə olduğu kimi, təhsil sahəsinə də göstərdiyi yüksək diqqət və qayğını xüsusi qeyd etmiş, müəllim kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, gənc nəslin təlim tərbiyəsi işində onlara yeni uğurlar arzulamışdır.

Kənd ağsaqqalları, müəllim və şagirdlər də öz növbəsində regionlarda, o cümlədən Zaqatalanın yaşayış məntəqələrində təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi yüksək qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişlər.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında