Qəbələdə yeni məktəb binası istifadəyə verilib

Qəbələ şəhər 5 saylı tam orta məktəb üçün yeni inşa edilən bina istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən yığıncaqda Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təhsilə göstərdiyi qayğıdan söhbət açıblar.

Gənclərin mükəmməl təhsilə yiyələnməsi, eləcə də bölgələrdə yeni məktəb binalarının inşa edilməsi sahəsində görülən işlər diqqətə çatdırılıb. Bildirilib ki, Qəbələdə şagirdlərin istifadəsinə verilən 360 yerlik müasir binada istilik sistemi quraşdırılıb, məktəb sinif otaqları, fənn kabinələri və laboratoriyalar, yeməkxana, idman zalı və kitabxana, yüksək maddi-texniki baza ilə təchiz edilib.

Natiqlər müəllim və şagirdləri təbrik edib, onlara müasir məktəbdə yeni-yeni uğurlar arzulayıblar. Sonra məktəb direktoru, müəllim və şagirdlər, ağsaqqallar söz alaraq yeni təhsil ocağının inşasında əməyi olan insanlara təşəkkür ediblər.

Sonda tədbir iştirakçıları yeni binada yaradılan şəraitlə, məktəbin maddi-texniki bazası ilə tanış olublar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında