UNEC-də “Bilik Günü”

“Bilik Günü” münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədbir keçirilib.

Universitetin bütün fakültələrində keçirilən görüşlərdə yeni dərs ilinin başlanması ilə əlaqədar tələbələr və professor-müəllim heyəti təbrik edilib, birinci kursa qəbul olunanlara dərslərində müvəffəqiyyətlər arzulanıb. Tədbirdə 2015-2016-cı  tədris ilinə hazırlıqla bağlı universitetdə görülən işlər, həyata keçiriləcək yeniliklər barədə tələbələrə ətraflı məlumat verilib. Bildirilib ki, yeni dərs ilində universitetdə bir sıra yeniliklər həyata keçirilib. Bura ilk növbədə dünyanın ən qabaqcıl universitetlərinin təhsil sisteminin öyrənilməsi və  tətbiqi istiqamətində davamlı işlərin aparılması daxildir. UNEC ilk dəfə olaraq dünyanın Top-5000 universiteti siyahısında yer alıb və Azərbaycan universitetləri arasında birinci yerə layiq görülüb.UNEC eləcə də, Mərkəzi və Şərqi Avropa universitetləri arasında 330-cu yerdə qərarlaşaraq, TOP-500-ə daxil olub. Bütövlükdə, Avropa universitetləri arasında UNEC 1231-ci yerə yüksəlib və ilk dəfə olaraq regionun TOP-1500-nə daxil olub.

İqtisad Universitetində innovasiyanın tətbiqi məsələləri də tələbələrin diqqətinə çatdırılıb. Qeyd olunub ki, universitetdə elektron universitet modelinin tətbiqinə başlanılıb. Bu sistem vasitəsilə bütün tədris prosesinin elektronlaşdırılması nəzərdə tutulub. Tədbirdə bildirilib ki, yeni tədris ilində UNEC-ə 3200-dən artıq tələbə qəbul olunub ki, onların 103 nəfəri 600-dən çox bal toplayıb. Yüksək bal toplayan tələbələrin  əksəriyyəti (51 tələbə) UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində təhsil alacaq. Yeni yaranan bu məktəbdə interaktiv metodlarla təşkil olunan tədris bütövlükdə ingilis dilində aparılır və dünya iqtisadiyyatı, maliyyə, mühasibat uçotu, iqtisadiyyat və biznes inzibatçılığı ixtisasları üzrə bakalavr təhsili, dünya iqtisadiyyatı və maliyyə ixtisaslarında isə magistr təhsili təşkil olunur. Dərsləri UNEC-in və dünyanın aparıcı universitetlərinin müəllimləri tədris edirlər.

Ən yüksək bal (680) toplayan tələbə, prezident təqaüdçüsü Jalə Rəhimova maliyyə fakültəsinə qəbul olunub.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında