Yeni tədris ilində bütün məktəblilər dərsliklərlə təmin olunacaq

Dərsliklərin böyük hissəsi yeni olacaq. Ümumtəhsil məktəblərinin  IV, VI və VIII sinifləri üçün 2015-2016-cı tədris ilinə 141 adda 4095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb.

Nazirlikdən verilən məlumatda deyilir ki, əvvəlki illərdə hazırlanması baş tutmamış V sinif “Alman dili” və “Ərəb dili”, eləcə də VII sinif “Fransız dili” dərslik komplektləri də çap prosesindədir və yaxın günlərdə yerlərə göndəriləcək.

Respublikanın Qax, Zaqatala və Balakən rayonlarının gürcü dili tədris olunan məktəbləri üçün I və II sinif dərslikləri gürcü dilinə tərcümə olunub və onlar hazırda çapdadır.

Yeni tədris ilində ümumtəhsil məktəblərinin I, II, III, V, VII, IX, X və XI sinif şagirdləri əvvəlki illərdə çap olunmuş və məktəb kitabxana fondlarındakı dərsliklər hesabına təmin olunacaqlar.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında