Azərbaycan universitetlərində təhsil alan 1600-ə yaxın tələbə “Kaspi”nin abituriyentləridir

Sentyabrın 8-də “Kaspi” təhsil şirkəti tərəfindən 2014/2015-ci tədris ilinə dair yekun hesabatın verilməsi və ictimaiyyəti qazanılan uğurlar, gələcək planlar barədə məlumatlandırmaq məqsədilə ənənəvi mətbuat konfransı keçirilib.

Tədbirdə “Kaspi” təhsil şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva, şirkətin direktoru Elnur Əliyev və digər əməkdaşlar, KİV nümayəndələri, abituriyentlər və onların valideynləri iştirak ediblər.

Sona Vəliyeva “Kaspi” təhsil şirkətinin 2014/2015-ci tədris ilindəki fəaliyyəti barədə ətraflı məlumat verdi.

Bildirdi ki, bu tədris ilində “Kaspi” təhsil mərkəzlərində hazırlıq keçmiş abituriyentlər 95 faiz nəticə göstərib. O, abituriyent kursunun əsas meyarı hesab olunan orta balın bu il “Kaspi”də 450 olduğunu diqqətə çatdırdı. Şirkətin təsisçisi bildirdi ki, ötən tədris ilində isə bu göstərici 380 idi. Sona Vəliyeva qeyd etdi ki, 2014/2015-ci tədris ilində Azərbaycan bölməsi üzrə ən yüksək göstərici Cəfər Balakişiyev tərəfindən (685 bal), rus bölməsi üzrə ən yüksək göstərici isə Nərmin Camalova tərəfindən (691 bal) olub.

Sona Vəliyeva təsisçisi olduğu təhsil ocağının fəaliyyət göstərdiyi 8 il ərzində uğurlarını yada salaraq “Kaspi”nin bir mərkəz kimi necə fəaliyyətə başlaması, onun inkişafı yolunda hansı addımların atılmasından danışdı. Qeyd etdi ki, “Kaspi” öz fəaliyyəti ilə ölkəmizin gələcək quruculuğunun təminatçısı olan gənclərin yetişdirilməsində dövlətin təhsil siyasətinə dəstək verir. O diqqətə çatdırdı ki, “Kaspi” fəaliyyətə başladığı gündən bir çox layihələrə imza atıb, qısa müddətdə təhsil şirkəti statusunu alıb. Şirkətdə abituriyentlərin təhsili üçün rahat şərait yaradılıb. Təsadüfi deyil ki, Azərbaycan universitetlərində təhsil alan 1600-ə yaxın tələbə “Kaspi”nin abituriyentləri olub. Abituriyentlərdən 380 nəfərə yaxını isə xaricdə təhsil alıb. Onların əksəriyyəti yenidən Azərbaycana qayıdaraq, mühüm vəzifələrdə çalışır.

“Kaspi” təhsil şirkətinin direktoru Elnur Əliyev isə bildirdi ki, artıq şirkətin regionlarda da mərkəzləri fəaliyyətə başlayıb. Həmçinin 2015/2016-cı tədris ilində Xətai rayonunda “Kaspi” liseyi və “Kaspi” uşaq bağçası, Gəncə şəhərində isə daha bir mərkəz fəaliyyətə başlayacaq.

E.Əliyev bildirdi ki, “Kaspi”nin ilk xidməti ingilis dili kursları olub. Bu ildən etibarən ingilis dili kurslarını bitirənlərin bilikləri Kembric Universitetinin imtahanları əsasında yoxlanılacaq və sonda verilən sertifikat isə beynəlxalq sertifikat kimi tanınacaq.

Tədbirin sonunda yüksək nəticə göstərmiş tələbələrə şirkətin təsisçisi Sona Vəliyeva tərəfindən hədiyyələr təqdim olundu.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında