“ADA” Universitetində Biznesin İdarə edilməsi proqramı üzrə ilk məzunlara diplomlar təqdim edilib

“ADA” Universitetində bu ali məktəbin Niderland Krallığının nüfuzlu Maastrixt Menecment Məktəbi ilə birgə təsis etdiyi Executive MBA (Biznesin İdarə edilməsi) proqramı üzrə ilk məzunlara diplomlar təqdim edilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, məzun günü Masstrixt Menecment Məktəbində keçirilib. Diplom alan 144 tələbə arasında 21 azərbaycanlı gənc də olub.

Niderland Senatının üzvü, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti Rene Van Der Lindenin təşəbbüsü ilə “ADA” Universiteti ilə Maastrixt Menecment Məktəbinin birgə təsis etdiyi Executive MBA proqramı dörd il iş təcrübəsi olan peşəkarlar üçün yaradılıb. Məzunlara həm “ADA” Universiteti, həm də Masstrixt Menecment Məktəbinin diplomları təqdim edilib. Beynəlxalq standartlara uyğun, müasir bilik və bacarıqlar verən bu tədris proqramı üzrə təhsil haqqının bir hissəsi Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində maliyyələşdirilir.

Məzun günündə çıxış edən rektor, səfir Hafiz Paşayev Maastrixt Menecment Məktəbindəki tərəfdaşlara proqramın yüksək səviyyəli tərtibi və uğurla həyata keçirilməsinə görə minnətdarlığını bildirib. Rektor qeyd edib ki, iqtisadiyyatı gündən-günə inkişaf edən müasir müstəqil Azərbaycan Respublikasının zamanın tələblərinə cavab verən təhsil almış dinamik biznes idarəçiləri və liderlərinə ehtiyacı var. O, ilk məzunlara gələcək biznes fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb, onların həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə uğur əldə edəcəklərinə əminliyini bildirib.

 Maastrixt Menecment Məktəbinin Qəyyumlar Şurasının sədri, senator Rene Van Der Linden məzunlar arasında  ilk dəfə Azərbaycan ilə birgə proqramın məzunlarını görməkdən məmnunluğunu ifadə edib. Van Der Linden “ADA” Universiteti ilə uğurlu tərəfdaşlığı genişləndirərək gələcəkdə yeni birgə tədris proqramlarının yaradılacağına da ümidvar olduğunu bildirib.

Rektor Hafiz Paşayev Avropaya işgüzar səfəri çərçivəsində, həmçinin bir sıra ali təhsil ocaqlarının, o cümlədən Ahen Texnologiya Universiteti, Masstrixt Universiteti, Belçikanın Limburq bölgəsinin qubernatoru Herman Reynders, Hollandiyanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüşərək “ADA” Universiteti ilə yeni tərəfdaşlıq münasibətlərinin qurulmasını müzakirə edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında