Azərbaycan Dövlət İqtisad Universiteti yeni tədris ilinə hazırdır

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015/2016-cı tədris ilinə hazırlıqla bağlı görülən işlər, yeniliklər və qarşıya çıxan problemlərin həlli yolları prorektorlar, mərkəz rəhbərləri və dekanlarla keçirilən görüşün əsas müzakirə mövzusu olub.

UNEC-in rektoru, professor Ədalət Muradov 2015/2016-cı tədris ilinin “Keyfiyyət ili” elan edildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, “Keyfiyyət ili” çərçivəsində universitetdə bir sıra vacib yeniliklərin həyata keçirilməsi nəzərdə tutulub. Bura, ilk növbədə, dünyanın ən qabaqcıl universitetlərinin təhsil sisteminin öyrənilməsi və universitetdə tətbiqi istiqamətdə davamlı işlərin aparılması daxildir.

Toplantıda UNEC-də innovasiyanın tətbiqi məsələləri də geniş müzakirə edilib. Bildirilib ki, dərs prosesinin tamamilə elektronlaşdırılması yeni tədris ilində gündəmdə duran əsas məsələdir və bu istiqamətdə artıq ilkin addımlar atılıb. Belə ki, ali təhsil müəssisəsi kağız üzərində jurnala “yox” deyərək, tam elekronlaşdırılmış jurnal sisteminə keçməyə hazırlaşır. Tədris prosesinin interaktiv təşkili üçün universitetin əsas tədris binasının bütün auditoriyaları kompüterlə təchiz edilən elektron tribuna və proyektorlarla təmin edilib. Rektor bildirib ki, yaxın vaxtlarda universitetin bütün tədris binalarında  elektron tribuna və proyektorlar quraşdırılacaq. 

Rektor Ə.Muradov 2015/2016-cı tədris ilində tələbələrlə işin təkmilləşdirilməsi istiqamətində dekanlara öz tövsiyələrini çatdırıb. Qeyd edib ki, yeni tədris ilində tələbələrə yüksək səviyyəli təhsilin verilməsi ilə yanaşı, onların  asudə vaxtlarının səmərəli təşkili, elmi fəaliyyətə cəlb edilməsi prioritet məsələ olacaq. Sonda rektor tədris ili boyunca tələbələrə, xüsusən də universitetə yeni qəbul olunan tələbələrə qayğının artırılması və valideynlərlə işə xüsusi diqqətin ayrılması ilə bağlı göstərişlərini verib.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında