“ADA” Universitetində təlim proqramı keçirilib

Avqustun 24-dən 28-dək “ADA” Universitetində “Ali təhsil müəssisələrinin müəllim heyəti üçün 1-ci yay akademiyası” adlı təlim proqramı keçirilib.

AZƏRTAC xəbər verir ki, avqustun 28-də təlimin yekunu ilə bağlı tədbir olub.

Tədbirdə məlumat verilib ki, Təhsil Nazirliyinin “SABAH Qrupları” layihəsinin dəstəyi ilə “ADA” Universitetinin təhsilin idarəedilməsi fakültəsi tərəfindən təşkil olunan təlimə ölkənin müxtəlif ali təhsil müəssisələrindən 200-dək müəllim cəlb edilib. Yay akademiyasının əsas məqsədi iştirakçıların bir sıra sahələrdə, o cümlədən yerlərdə daha uğurlu tədris prosesinin təşkili üçün müxtəlif müasir təlim-tədris üsullarını və qiymətləndirmə meyarlarını səmərəli tətbiqetmə, elmi tədqiqatlar vasitəsi ilə pedaqoji fəaliyyəti təkmilləşdirmə üzrə bilik və bacarıqlarını artırmaq idi.

Təlim proqramı “Müəllimin fərdi inkişafı”, “Tələbəyönümlü təlim”, “Müəllim islahatçı-təşəbbüskar rolunda”, “Təhsildə etik normalar və Davranış Kodeksi” və s. mövzuları əhatə edib.

Tədbirdə çıxış edən “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev müasir dünyada təhsilin mühüm rolundan danışıb, bu sahənin inkişafı ilə bağlı fikirlərini bildirib.

Ölkəmizdə təhsilə xüsusi diqqət göstərildiyini vurğulayan H.Paşayev yüksək ixtisaslı, bacarıqlı mütəxəssislərin hazırlanmasının əhəmiyyətindən bəhs edib, təlimlərin faydalı olduğunu söyləyib, tövsiyələrini verib.

Bildirilib ki, “ADA” Universitetində təhsilin idarəedilməsi fakültəsi təhsil sahəsində bacarıqlı menecerlərin hazırlanması zərurətindən yaranıb. Bu fakültə ABŞ-ın Miçiqan Universiteti ilə birgə təsis edilib.

Təhsil Nazirliyi “SABAH” qruplarının müəllimlərlə iş üzrə rəhbəri İlhamə Rəhimova, “ADA” Universitetinin təhsilin idarəedilməsi fakültəsinin dekanı Vəfa Kazdal təlimin səmərəli olduğunu vurğulayıblar.

Tədbirdə bır sıra ali məktəblərin müəllimləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Sonda təlimin iştirakçılarına sertifikatlar təqdim olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında