Dövlət İdarəçilik Akademiyasında təhsilin inkişafı üçün səmərəli tədbirlər həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə intensiv əlavə ixtisas proqramı ilə üçillik qiyabi təhsil almaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən seçilən yüksək vəzifəli dövlət qulluqçuları ilə görüş keçirilmişdir.
Tədbirdə çıxış edən DİA-nın birinci prorektoru, professor Əlikram Abdullayev ümummilli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin elmin, təhsilin inkişafına daim böyük önəm verdiyini, ulu öndərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamış, dövlətimizin başçısı İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışmışdır.
DİA-nın respublikamız üçün idarəçilik sahəsində peşəkar kadrların hazırlanması istiqamətində önəmli rolunu qeyd edən Ə. Abdullayev bu ali məktəbdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirləri, qazanılan nailiyyətləri xatırlatmış, müdavimlərə uğurlar arzulamışdır.
Akademiyada təşkil olunan sərgidə müdavimlər Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müxtəlif illərdə yazdığı əsərlərlə tanış olmuşlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında