Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş üç Azərbaycan məktəbinin açılış mərasimi olmuşdur

Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş üç Azərbaycan məktəbinin açılış mərasimi olmuşdur.
Fondun "Təhsilə dəstək" layihəsi çərçivəsində Tbilisidəki M.F.Axundzadə adına 73 nömrəli orta məktəb, Qardabanidəkı 3 nömrəli Azərbaycan məktəbi və Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi əsaslı təmirdən sonra məktəblilərin ixtiyarına verilmişdir.
Fonddan bildirmişlər ki, Gürcüstanın paytaxtında 150 şagirdin təhsil aldığı M.F.Axundzadə adına 73 nömrəli orta məktəbdə aparılan yenidənqurma işləri nəticəsində qəzalı vəziyyətdə olan təhsil ocağında müasir standartlara uyğun tədris üçün hər cür şərait yaradılmışdır. Məktəb binasının bünövrəsində bərkidilmə işləri aparılmış, dam örtüyü dəyişdirilmiş, tədris otaqları, kitabxana, yeməkxana və digər otaqlar yüksək səviyyədə təmir olunaraq müasir avadanlıqla təmin edilmişdir. Məktəbdə yeni kompyuter otağı yaradılmışdır.
Qardabanidəkı 3 nömrəli Azərbaycan məktəbi 1600 şagird üçün nəzərdə tutulmuşdur. Əsaslı təmir işləri zamanı məktəbdaxili təmirlə yanaşı, təhsil ocağının fasadı yeni kirəmidlə örtülmüş, idman meydançası yaradılmış, həyətyanı sahə abadlaşdırılmış, avadanlığın əsas hissəsi yenilənmişdir.
Layihə çərçivəsində Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbində yenidənqurma işləri zamanı binada bərkidilmə işləri aparılmış, sinif otaqları, dəhlizlər, kitabxana, yeməkxana, idman zalı tam təmir olunmuş, yeni akt zalı, fənn kabinələri və kompyuter otağı yaradılmışdır. Təhsil ocağı yeni avadanlıqla təmin olunmuşdur. Məktəbin qaz və elektrik avadanlığı yenilənmiş, transformator qoyulmuş, süni örtüklü stadion inşa edilmişdir.
Təhsil ocaqlarının açılış mərasimində iştirak edən Azərbaycanın təhsil naziri Misir Mərdanov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Gürcüstanın elm və təhsil naziri Dmitri Şaşkin və Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze orta məktəblərdə keyfiyyətli tədris üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında