Qambiyanın gələcək inkişafında Azərbaycan dövlətinin dəstəyinə ehtiyacı vardır

Qambiya Azərbaycanla münasibətlərdə maraqlıdır.
Bunu ölkəmizdə səfərdə olan Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammeh demişdir. Onun sözlərinə görə, ölkəsinin gələcək inkişafında Azərbaycan kimi dövlətin dəstəyinə böyük ehtiyac duyulur.
Təhsil, səhiyyə və enerji sahələrində Azərbaycanla əməkdaşlığın vacib olduğunu qeyd edən qambiyalı nazir, aparılmış danışıqların nəticələrindən razı qaldığını bildirmişdir. Nazir demişdir: "Azərbaycandakı inkişaf diqqətimizi cəlb edir. Təhsiliniz haqda kifayət qədər məlumatımız olduğuna görə, bu sahədə əməkdaşlığa daha çox önəm veririk. İnanırıq ki, gələcəkdə bizim tələbələrin Azərbaycan universitetlərində təhsil almaları ölkəmizin gələcəyinə öz töhfəsini verəcəkdir".
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında