Binəqədi rayonunda "Bilik Günü"nə mühüm töhfə

"Bilik Günü"ndə Binəqədi rayonunun Sulutəpə qəsəbəsindəki şəhid Elşən Sultanov adına 217 nömrəli orta məktəbin 840 şagird yerlik 4 mərtəbəli yeni korpusu istifadəyə verilmişdir.
Binanın açılış mərasimində çıxış edən məktəbin direktoru Bənövşə Cəfərova şagirdləri, müəllimləri, valideynləri "Bilik günü" münasibətilə təbrik etmişdir. B.Cəfərova daha sonra demişdir:
- Azərbaycanda təhsilin inkişafı ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Azərbaycana rəhbərliyinin bütün dövrlərində ulu öndər təhsilə böyük qayğı göstərmiş, təhsil işçilərini himayə etmişdir. Ötən əsrin 70-ci illərində gənc kadrların hazırlanması, maarif müəssisələri şəbəkəsinin genişləndirilməsi sahəsində görülən işləri əhəmiyyətli tədbirlər kimi dəyərləndirən böyük dövlət xadimimiz demişdi: "Ötən yüzillikdə Azərbaycan köhnə dünyadan sürətlə qopmuş, elm, mədəniyyət, təhsil, intibah yolunu tutmuşdur. Elliklə maariflənmə uğurla başa vurulmuşdur. Kütləvi surətdə savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq Azərbaycan xalqının mənəviyyatını da, həyat tərzini də, xarici görünüşünü də dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur. Azərbaycan sözün həm həqiqi, həm də məcazi mənasında işığa, nurlu bir aləmə çıxmışdır".
Açıq demək lazımdır, Heydər Əliyev şəxsiyyəti olmasaydı, Azərbaycan təhsili inkişaf edə, indiki səviyyəyə gəlib çata bilməzdi.
Ümummilli liderimizin müəyyənləşdirdiyi təhsil strategiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Son illərdə təhsillə bağlı həyata keçirilən tədbirlər göz qabağındadır. Ölkə rəhbəri dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsi, orta ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların kompyuter və informasiya texnologiyaları ilə təchizatı, tədrisin məzmun və formaca müasirləşdirilməsi, dünyanın qabaqcıl dövlətlərinin mütərəqqi təhsil ənənələrinin mənimsənilməsi, yeni məktəb binalarının tikilməsi kimi vacib sahələri əhatə edən bir sıra dövlət proqramı, fərman, sərəncam imzalamışdır. Bu normativ aktlar Azərbaycanda güclü insan kapitalının formalaşmasında, elm və təhsilin dinamik inkişafında, dünya təhsil sisteminin mütərəqqi ənənələrinin öyrənilərək tətbiqində mühüm əhəmiyyətə malikdir.
Yeni korpusun açılış mərasimində valideyn Eldar Abdullayev, millət vəkili Rafael Cəbrayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmməd Bayramov çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısına, habelə "Bilik günü"ndə gerçəkləşdirilən belə dəyərli hədiyyəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Alı Qocayev məktəbin şagird və müəllim kollektivlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, onlara təhsildə və pedaqoji fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya göstərilmişdir.{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında