Bakı Dövlət Universitetində türkiyəli alimlə görüş olmuşdur

Sentyabrın 16-da Bakı Dövlət Universitetində türkiyəli alim Orhan Çekiç ilə tələbələrin görüşü olmuşdur.
Tədbiri Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİAB) təşkil etmişdir.
ATİAB-dan bildirmişlər ki, görüşdə çıxış edən O.Çekiç Türkiyə ilə Azərbaycanın tarixi birliyini vurğulamışdır.
O, Qafqaz İslam Ordusu və Azərbaycan qoşunları tərəfindən Bakı şəhərinin bolşevik-daşnak işğalından azad edilməsi barədə danışmışdır. Qeyd etmişdir ki, zaman-zaman qəsbkarlıq siyasəti aparan ermənilər 1918-ci ilin sentyabrınadək Bakıda dəhşətli qırğınlar törətmiş, günahsız qanlar axıtmışlar. Bu qanlı hadisələrin qarşısını almaq məqsədi ilə Azərbaycana qardaşlıq köməyinə gəlmiş Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakı şəhərini bolşevik-daşnak işğalından azad etmişdir.
Digər çıxış edənlər də 1918-ci ildə Bakıda işğalçı qüvvələrə qarşı döyüşlərdə Azərbaycan və türk əsgərlərinin qəhrəmanlıqlarından bəhs etmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında