Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar mərasim keçirilmişdir

Sentyabrın 15-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar mərasim keçirilmişdir.
Mərasimdən əvvəl akademiyanın şəxsi heyəti Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoymuşdur.
Ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı da ziyarət edilmiş, şəhid məzarlarının üzərinə tər qərənfillər düzülmüşdür.
Akademiyada yeni tədris ilinin başlanması ilə əlaqədar şəxsi heyət təntənəli mərasim üçün düzüldükdən sonra Azərbaycanın dövlət himni səslənmiş, Dövlət bayrağı meydana gətirilmişdir.
Sonra akademiyaya qəbul olunmuş kursant və müdavimlərin andiçmə mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov akademiyaya yeni qəbul olunmuş kursant və müdavimləri təbrik etmiş, fövqəladə halların idarə olunması sahəsində respublikamızın yüksək ixtisaslı mütəxəssislərlə təmin olunmasında bu təhsil müəssisəsinin müstəsna rolunu vurğulamışdır. Fövqəladə Hallar Nazirliyinin Akademiyasının təməlinin Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 2 iyun tarixli sərəncamı ilə qoyulmasını mərasim iştirakçılarının diqqətinə çatdıran Kəmaləddin Heydərov burada yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür etmişdir.
Daha sonra kursantların qarşısında duran vəzifələrdən danışan nazir, onların elmi və praktiki biliklərə ciddi-cəhdlə yiyələnəcəklərinə, milli ruhlu layiqli mütəxəssislər kimi yetişəcəklərinə əmin olduğunu söyləmişdir.
Bu il yüksək bal toplayaraq FHN Akademiyasına qəbul olunan Ceyhun Allahverdiyev kursantlar adından Azərbaycan gəncliyinə, onların hərtərəfli inkişafına, təhsilinə göstərdiyi qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmiş, ölkəmizin mənafeyini, suverenliyini, müstəqilliyini, təhlükəsizliyini şərəflə qoruyacaqlarına kursantlar adından söz vermişdir.
Valideynlər adından çıxış edən Əli Abdullayev də ən xoş arzularını ifadə etmiş, akademiyada yaradılan müasir tələblərə cavab verən şəraitdən razılıqla söhbət açmış, əmin olduğunu bildirmişdir ki, bu günün müdavimləri Vətənimizə, millətimizə layiqli xidmət göstərəcəklər.
Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov demişdir ki, akademiyanın kollektivi üzərinə düşən bütün məsuliyyəti dərindən dərk edərək müstəqil Azərbaycanımızın işıqlı gələcəyi naminə əlindən gələni əsirgəməyəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında