M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri beynəlxalq elmi konfransda iştirak edəcəklər

Aprelin 12-dən 15-dək M.V.Lomonosov adına Moskva Dövlət Universitetində tələbə, aspirant və gənc alimlərin "Lomonosov" 17-ci beynəlxalq elmi konfransı keçiriləcəkdir. Konfransa M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri də qatılacaqlar.
Qeyd edək ki, Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri 1994-cü ildən etibarən hər il bu nüfuzlu beynəlxalq elmi konfransda iştirak edirlər.
Təhsil ocağının 6 tələbəsi apardıqları elmi araşdırmaların nəticələrini geniş auditoriyaya təqdim etmək üçün mühüm şans əldə etmişdir.
Universitetin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva konfransın regional mərhələsindən uğurla keçmiş tələbələrlə görüşmüş, onların Moskvada təqdim edəcəyi elmi araşdırmalar barədə danışmışdır.
Tələbələr apardıqları tədqiqatlarda yeni üsullardan istifadə etdiklərini bildirmişlər. Ən maraqlısı isə odur ki, gənc alimlərimiz elmdə hələ işlənilməyən, yeni, eyni zamanda, çox maraqlı və aktual mövzularda tədqiqatlar aparmışlar. Konfransda bu araşdırmalar ətrafında müzakirələr aparılacaqdır. Ən yaxşı elmi məruzəyə görə mükafat da veriləcəkdir.
MDB məkanında gənclərin ən nüfuzlu və ən iri elmi toplantısı sayılan bu konfrans 2005-ci ildən Beynəlxalq Gənclər Elmi Forumunun tərkib hissəsidir. Bu il keçirilən "Lomonosov-2010" forumu MDB-də elan olunmuş elm və innovasiya ilinə həsr edilmişdir. Forumun əsas məqsədi elmə meyilli gənclərin fəallığını inkişaf etdirmək, gəncləri müasir elmin aktual vəzifələrinin yerinə yetirilməsinə cəlb etməkdir.
Forum çərçivəsində şagirdlərin və tələbələrin fənn olimpiadaları, "Lomonosov" 17-ci beynəlxalq elmi konfransı, MDB-nin gənc alimlərinin elmi işlərinin, tədqiqat və innovasiya layihələrinin müsabiqəsi keçiriləcəkdir.
Forumun təşkilat komitəsinin həmsədrləri Rusiyanın təhsil və elm naziri Andrey Fursenko və Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçiydir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında