Yunanıstanda Heydər Əliyev adına təqaüd təsis ediləcəkdir

Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev bildirmişdir: "Azərbaycanın Yunanıstandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin nüfuzlu ali məktəblərindən biri olan Afina İqtisad Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına təqaüd təsis edilməsi planlaşdırılır".
Diplomat qeyd etmişdir ki, bu təqaüd Azərbaycana və Azərbaycan-Yunanıstan münasibətlərinə həsr edilmiş ən yaxşı elmi araşdırmaların müəllifləri olan tələbələrə veriləcəkdir.
Səfir demişdir: "Mən artıq Afina İqtisad Universitetinin rektoru ilə görüşmüşəm və o, həmin təşəbbüsü müsbət qarşılamışdır. Layihənin icrasına növbəti dərs ilindən başlamaq nəzərdə tutulur. Ən yaxşı işləri münsiflər heyəti müəyyənləşdirəcəkdir. Qaliblər təqaüdlə bərabər Azərbaycana səfər etmək imkanı qazanacaqlar".
R.Mustafayevin sözlərinə görə, bu təşəbbüs yunanıstanlı gənclərin Azərbaycana marağını özünəməxsus tərzdə təşviq edəcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında