Elm və ali təhsil ilə bağlı yeni qanunlar hazırlanmışdır

Elm və ali təhsil ilə bağlı yeni qanunlar hazırlanmışdır. Bu qanunların qəbulu təhsil sistemində mövcud olan bir sıra problemlərin həllinə kömək edəcəkdir.
Bu məlumatı Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev vermişdir.
Ş.Hacıyev demişdir ki, "Təhsil haqqında" Qanun çərçivə qanunu olduğu üçün təhsilin ayrı-ayrı pillələri və səviyyələri üzrə bir sıra sahə qanunlarının da qəbulu nəzərdə tutulmuşdur. Bununla əlaqədar "Elm haqqında" və "Ali təhsil haqqında" qanunların hazırlanması qərara alınmış və işçi qrupları yaradılmışdır. İşçi qrupları hər iki qanunun ilkin layihəsini hazırlamışlar və layihələrin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulmuşdur.
Əsas məqsədi Azərbaycan elminin inkişafını sürətləndirmək olan "Elm haqqında" Qanun elmin qanunvericilik bazasının yaradılmasına və elmi fəaliyyətlə bağlı bütün proseslərin hüquqi tənzimlənməsinin təmin olunmasına xidmət edəcəkdir. Qanun layihəsində elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsipləri, elmi fəaliyyətin stimullaşdırılması mexanizmi, elmi işçilərin hüquq və vəzifələri, elmin idarə olunması və əlaqələndirilməsi sistemi, elmin maliyyələşməsinin yeni mexanizmi, innovasiyaların stimullaşdırılması, elmi məktəblərin yaradılması və sair bu kimi məsələlər təsbit edilmişdir. Elmin müsbət nəticələrinin yüksəldilməsi, Azərbaycan elminin dünya elmindəki çəkisinin artırılması və elmi yeniliklərin təcrübədə tətbiqinin genişləndirilməsi sözügedən qanun layihəsinin ən ümdə keyfiyyətləri kimi qeyd oluna bilər.
"Ali təhsil haqqında" qanun layihəsi isə sahə qanun olmaqla ali təhsil sahəsində münasibətlərin tənzimlənməsi üçün hüquqi baza rolunu oynayacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında