Mərkəzi Bankda tələbələr üçün "Karyera günü"

Azərbaycan Mərkəzi Bankı "Junior Achievement Azerbaijan" təşkilatı ilə birlikdə ali məktəb tələbələrinin iqtisadi savadlılığının artırılması məqsədi ilə "Karyera günü" keçirmişdir.
Tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının və Azərbaycan İqtisad Universitetinin "Junior Achievement Azerbaijan" təşkilatının üzvü olan 20-dən artıq tələbəsi iştirak etmişdir. Tələbələrə Mərkəzi Bankın ölkə iqtisadiyyatındakı rolu, bankın struktur bölmələri, onların iş prinsipləri haqqında məlumat verilmişdir.
Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi, İnsan Resursları, Beynəlxalq əlaqələr, Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət və Kommunikasiya departamentlərinin rəhbərləri Azərbaycanda bankçılıq tarixi, Mərkəzi Bankın əsas funksiyaları, qlobal iqtisadi böhran zamanı atılan preventiv addımlar, bütövlükdə Azərbaycanın bank sisteminin inkişafı üçün həyata keçirilən layihələr barədə ətraflı məlumat vermişlər.
Tələbələr sual-cavab sessiyasında iştirak etmişlər.
Görüş iştirakçıları Mərkəzi Bankda karyera qurmaq imkanları ilə də tanış olmuşlar. Onlara Mərkəzi Bankın müxtəlif departamentlərində internatura keçmək haqqında məlumat verildikdən sonra bu layihədə iştirak etmək üçün müraciət formaları paylanılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında