İNALCO İnstitutunun rektoru Bakı Dövlət Universitetində olmuşdur

{nl}

 İyulun 12-də Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun (İNALCO) rektoru, professor Jak Löqran Bakı Dövlət Universitetində (BDU) olmuşdur.
Bakı Dövlət Universitetindən bildirmişlər ki, görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən, onun beynəlxalq əlaqələrindən danışmışdır.
Şərq Dilləri və Mədəniyyətləri İnstitutu barədə ətraflı məlumat verən Jak Löqran qeyd etmişdir ki, institutda 96 dil, o cümlədən 1999-cu ildən Azərbaycan dili tədris olunur. 2008-ci ilin noyabrında isə Azərbaycan dili fakültəsi açılmışdır. Qonaq, eyni zamanda, BDU ilə əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.
Akademik Abel Məhərrəmov BDU-da fransız dili və ədəbiyyatının tədris olunduğunu xatırlatmışdır.
Görüşdə qərara alınmışdır ki, Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dilinin, BDU-da isə fransız dili və ədəbiyyatının daha səmərəli tədrisi üçün mütəxəssis mübadiləsi aparılsın.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında