Türkiyə oxucuları ilə yeni görüş

Xalq yazıçısı Elçin Türkiyədə ən çox çap olunan müasir dünya yazıçılarından biridir. Onun roman, povest və hekayələri qardaş ölkədə dəfələrlə nəşr edilmiş, pyesləri Ankara, İstanbul, Konya, Ərzurum teatrlarında böyük müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.
Bu günlərdə Elçinin Türkiyədə daha bir kitabı işıq üzü görmüşdür. Məşhur "Otüken" nəşriyyatı ədibin "Ədəbi düşüncələr" kitabını nəşr etmişdir. Türk oxucuları "Ədəbi düşüncələr"lə ilk dəfə 2003-cü ildə tanış olmuşlar. "DA yayıncılık" nəşriyyatında çapdan çıxmış həmin kitabı bir qrup universitet müəllimi türk dilinə çevirmişdi. Yeni nəşrdə isə "Ədəbi düşüncələr"i Azad Ağaoğlu və Mehdi İsmayıloğlu tərcümə etmişlər.
Elçinin 456 kiçik essesini əhatə edən kitab elmi dəqiqliyi və şərhləri ilə seçilir. Nəşriyyat oxuculara müraciətlə yazır ki, "Ədəbi düşüncələr"dəki esselər "yüzlərlə əsərin mütaliəsi nəticəsində əmələ gələn bilginin, bədii həssaslığın və həyəcanın ifadəsidir. Elçinin bu esselərində ədəbi əsərlərin insanın xəyalını və təfəkkürünü necə hərəkətə gətirdiyini görəcək və həqiqi bir ədibin "zehin damarlarında" gəzinəcəksiniz".
Türk oxucularının böyük marağına səbəb olmuş "Ədəbi düşüncələr" Elçinin "Otüken" nəşriyyatında çapdan çıxmış doqquzuncu, ümumilikdə isə Türkiyədə nəşr edilmiş on səkkizinci kitabıdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında