Görkəmli alimin tarixi şəxsiyyətlərdən bəhs edən yeni kitabının təqdimatı olmuşdur

{nl}

İyulun 12-də İctimai Televiziya və Radio Yayımları Şirkətində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasovun "Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının təqdimatı keçirilmişdir.
Kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ithaf olunmuşdur.
Tədbiri AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov açaraq, görkəmli alim V.Abbasovun mənalı həyat yolundan və zəngin yaradıcılığından geniş söhbət açmışdır.
Bildirilmişdir ki, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirən Vaqif Abbasov 1973-1978-ci illərdə AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında oxumuş və uğurlu elmi axtarışlar nəticəsində qısa müddətdə dissertasiya müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1991-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
Hazırda V.Abbasov bir sıra elm müəssisələrində çalışmaqla yanaşı, ciddi elmi axtarışlarla da məşğuldur. Onun əməyi daim ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. 2005-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Vaqif Abbasov "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Arif Həşimov vurğulamışdır ki, V.Abbasov 7 monoqrafiyanın, ümumtəhsil məktəbləri üçün 6 dərsliyin, 11 dərs vəsaitinin, həmçinin "Bioloji varlıqdan şəxsiyyətə ucalmaq yolu. Müdrik kəlamlar", "Liderlik fəlsəfəsi", "Ömür yoluma suallarla səyahət", "Ünsiyyətdən başlanan ucalmaq yolu" publisistik və digər şeirlər kitabının müəllifidir.
Vurğulanmışdır ki, Vaqif Abbasovun bu kitabında adından da göründüyü kimi, bəşəriyyətin dahi, fateh, böyük alim və müdrik insan kimi tanıdığı on doqquz şəxsiyyətin həyat və yaradıcılığından bəhs edilir.
Mərasimdə kitabın ön söz müəllifi, Milli Məclisin deputatı Qənirə Paşayeva, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, professor Cahangir Məmmədli, akademik Musa Rüstəmov, BDU-nun tələbəsi Sitarə Cabbarlı və başqaları yeni nəşrin məziyyətlərindən danışmışlar. Bildirilmişdir ki, bu çap məhsulu gənclərin tarixi şəxsiyyətləri və onların həyat yolunu öyrənmələri üçün olduqca dəyərli mənbədir.
Kitab siqləti, fitrəti, ülviyyəti ilə dövlət qurmuş, Vətən qorumuş, barış yaratmış, elmi kəşflər etmiş, yol göstərmiş, insanlara Tanrı sözü çatdırmış kişilər haqqındadır. Məhəmməd Peyğəmbərin, Atillanın, İbn Sinanın, Osman Qazinin, Nəsrəddin Tusinin, Fateh Mehmetin, Əmir Teymurun, İsaak Nyutonun, Atatürkün, ulu öndər Heydər Əliyevin, Teodor Ruzveltin və digər böyük şəxsiyyətlərin mübarizələrlə dolu həyatından bəhs edən bu kitabı oxuduqca bir daha dərk edirsən ki, tarixi, sadəcə, oxuyub öyrənmək yox, ondan ibrət götürmək lazımdır.
Kitabda ulu öndər Heydər Əliyevin də müdrik bir siyasi xadim kimi həyat yoluna, zəngin təcrübəsinə, xalqına olan sonsuz sevgisinə müəllif öz fikir və düşüncəsi ilə yeni baxışlarla nəzər salmış və ümummilli liderlə bağlı qəlbindən keçən ən xoş və ülvi hissləri qələmə almışdır.
Diqqətə çatdırılmışdır ki, nəfis tərtibatlı, xüsusi zövqlə "Təhsil" nəşriyyatında çapdan çıxmış 576 səhifəlik bu kitab geniş oxucu kütləsinin marağına səbəb olacaqdır.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında