"Liderlik zirvəsi: Siyasətin Sosial Psixologiyası"

{nl}

Psixologiya elmləri namizədi İlham Mirzəyev bu günlərdə daha bir kitabı ilə oxucularının görüşünə gəlib. "Liderlik zirvəsi: Siyasətin Sosial Psixologiyası" adlanan kitab AMEA-nın Fəlsəfə və Siyasi Hüquqi Təhqiqatlar İnstitutunun Elmi Şurasının qərarı ilə təsdiqlənib. Türkiyədə nəfis tərtibatda nəşr olunan kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor, millət vəkili Bəxtiyar Əliyevdir.
Giriş və üç fəsildən ibarət olan kitabda ümummilli lider Heydər Əliyevin siyasi irsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçilik, idarəçilik fəaliyyəti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti sosial tarixi və siyasi-psixoloji yanaşma çərçivəsində sistemli şəkildə təhlil olunub. Eyni zamanda, siyasi proseslərin kompleks siyasi-psixoloji təhlilinə geniş yer verilib.
Əsərin birinci fəsli "Heydər Əliyev zirvəsi" adlanır. Burada "Dəyərli ömür yolu", "Müstəqil Azərbaycanın qurucusu", "Yeni tarixi yaradan lider", "Milli tərəqqinin banisi", "Milyonların qəlbində yaşayan lider", "Azərbaycanın əbədi müstəqilliyi naminə", "Milli həmrəyliyin təntənəsi" kimi başlıqlar altında müstəqil dövlətçiliyimizin qurucusu, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən geniş bəhs olunub.
İkinci fəsli "Lider. Şəxsiyyət. Cəmiyyət" adlanır. Bu fəsildə "Cəmiyyətdə sosiallaşma və təsisatlaşma", "Şəxsiyyətin sosial statusu", "Şəxsiyyət-sosial münasibətlərin subyekti kimi", "Şəxsiyyətin siyasi-psixoloji tədqiqinin aktual məsələləri", "Lider, şəxsiyyət nəzəriyyələri", "İrsi amillərin şəxsiyyətin formalaşmasında rolu", "Liderin, şəxsiyyətin formalaşmasında mühitin rolu", "Şəxsiyyətin təşəkkülünün aktual məsələləri", "Şəxsiyyət psixologiyasının metodları haqqında", "Şəxsiyyət və idarəetmə: İdarəetmənin ümumi məsələləri", "Müasir idarəetmə sistemlərinin nəzəri tipologiyası" və "İdarəetmənin sosial-psixoloji metodları" kimi aktual məsələlər müəllif tərəfindən geniş tədqiq olunub.
"Prezident İlham Əliyevin Sosial-Siyasi İnkişaf Strategiyası" adlanan üçüncü fəsildə isə dövlət başçısının siyasi fəaliyyətinə nəzər salınıb, "Liderlik zirvəsinə doğru inamlı addımlar", "Milli Olimpiya hərəkatının lideri", "Böyük siyasətə doğru", "Hər bir azərbaycanlının prezidenti", "İlham Əliyev diplomatiyası milli dövlətçilik mənafeləri kontekstində", "İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası", "İnsan kapitalının inkişafı strategiyası və Heydər Əliyev Fondu", "Nəticə əvəzi: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və dəyişən reallıqlar" kimi başlıqlar altında maraqlı mövzulara toxunulub.

{nl}

"Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında