Bakı Dövlət Universiteti Elmi Şurasının iclası olmuşdur

İyulun 9-da Bakı Dövlət Universitetinin (BDU) Altıağac tədris-təcrübə bazasında BDU-nun Elmi Şurasının iclası keçirilmişdir.
İclasda Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin Fəxri doktoru olduğunu xatırladan rektor dövlətimizin başçısının təhsil sahəsinin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulamışdır.
Azərbaycanın Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu bildirən akademik A.Məhərrəmov BDU-da bu prosesin tələblərinə uyğun olaraq həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışmış, təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin genişləndiyini diqqətə çatdırmışdır.
Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, professor Vüsət Əfəndiyev 2009/2010-cu tədris ilinin yay imtahan sessiyasının, buraxılış dövlət imtahanlarının nəticələri, aparılan istehsalat, tədris təcrübələri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, yay imtahan sessiyası, buraxılış dövlət imtahanları uğurlu olmuş, tələbələr ürəkaçan nəticələr göstərmişlər. Mənimsəmə faizi yüksək olmuşdur.
BDU-nun elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev və digər çıxış edənlər də Prezident İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışmışlar.
Sonra tədris ilinin yekunları üzrə "İlin müəllimi", "İlin kafedra müdiri", "İlin dekanı" müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunmuş, elm və təhsildə fərqlənən alim və müəllimlər elmi adlara layiq görülmüşlər.
Elmi Şuranın iclasında Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, BDU-nun kafedra müdiri Əli Əhmədov professor elmi adına layiq görülmüşdür.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında