Vyana Universitetinin professoru Volfqanq Vislozil Bakı Dövlət Universitetində mühazirə oxuyacaqdır

İyulun 6-da Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov AzərTAc-ın qonağı olan Vyana Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Volfqanq Vislozil və fəlsəfə doktoru Yuliya Vippersberq ilə görüşmüşdür.
Avstriyalı qonaqların Azərbaycana səfərindən məqsəd ölkədə media sahəsində gedən proseslər, KİV-in inkişaf səviyyəsi ilə tanışlıq, Avropa media təcrübəsini AzərTAc-ın əməkdaşları ilə bölüşmək və jurnalistika fakültəsinin tələbələri üçün mühazirə oxumaqdır.
Akademik A.Məhərrəmov qonağın fikirlərini yüksək qiymətləndirmiş və onun jurnalistika fakültəsində mühazirə oxumaq fikirlərini təqdir etmişdir. Rektor, eyni zamanda, Azərbaycan təhsil sisteminin Bolonya prosesinə keçməsindən, BDU-da təhsil alan xarici tələbələrdən, jurnalistika fakültəsinin magistr pilləsi ilə bağlı nəzərdə tutulmuş planlardan danışmışdır.
Qeyd edək ki, Volfqanq Vislozil 26 il Avstriya İnformasiya Agentliyinin baş direktoru vəzifəsində çalışmış, 1989-1990 və 2006-2009-cu illərdə dünyada böyük nüfuza malik olan Avropa Xəbər Agentlikləri Alyansına rəhbərlik etmişdir. Xatırladaq ki, AzərTAc da 2008-ci ildən bu alyansın üzvüdür. V.Vislozil həm də "Keystone AG"-nin (Sürix) İdarə Heyətinin üzvü olmuşdur. Hazırda Media və Kommunikasiya üzrə Alman Assosiasiyasının və Beynəlxalq Mətbuat İnstitutunun daimi üzvü olan V.Vislozil Avstriya Respublikasının "İlin media meneceri" ordeni ilə təltif edilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında