Məzunların buraxılış gecəsi

Azərbaycan Memarlıq və İnşaat Universitetində 2009-2010-cu tədris ili məzunlarının təntənəli buraxılış gecəsi keçirilmişdir.
Mərasim başlanmazdan əvvəl rektorluğun, ictimai təşkilatların, professor-müəllim heyəti və tələbə fəallarının nümayəndələri, habelə tədbirdə iştirak edən nazirlik, idarə və komitə rəhbərləri xalqımızın ümumilli lideri Heydər Əliyevin universitetin həyətində ucaldılmış abidəsi önünə əklil və tər qərənfil dəstələri qoymuşlar.
Gecəni giriş sözü ilə açan universitetin rektoru, professor Gülçöhrə Məmmədova tədbir iştirakçılarını salamladıqdan sonra bu təlim-tərbiyə ocağında hər il məzunlarla belə görüşlərin keçirildiyini və bu mərasimin də bu ənənənin davamı olduğunu söylədi. Ölkə başçısı cənab İlham Əliyevin respublikamızda elm və təhsilin inkişafına göstərdiyi qayğıdan, habelə Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiya olunmasından söhbət açan rektor bildirdi ki, indi universitetin professor-müəllim heyəti qarşısında duran əsas vəzifə tələbə gənclərimizi sədaqət ruhunda tərbiyə etməkdirsə, onların da başlıca vəzifəsi elmin sirlərinə yiyələnməkdir.
Rektor çıxışında qeyd etdi ki, cari tədris ilində universitetin bakalavr və magistr pillələrini 1237 nəfər gənc bitirir. Onlardan 109 nəfəri xarici ölkə vətəndaşıdır. Təhsilin bakalavr və magistr pillələrindən 60-dan çox tələbə fərqlənmə diplomuna layiq görülmüşdür.
Mərasimdə çıxış edən təhsil naziri, professor Misir Mərdanov da Azərbaycan Memarlıq və İnşaat Universitetinin bu ilki məzunlarını təbrik etdi, onlara ən xoş, səmimi arzularını söylədi. O, respublikamızda son illər təhsil sahəsində aparılan islahatlardan, gənclərə göstərilən qayğıdan, gənclərlə iş üzrə aparılan dövlət siyasətinin əhəmiyyətindən, o cümlədən onların təhsili, hərtərəfli inkişafı üçün yaradılan imkan və şəraitdən geniş danışdı.
Nazir çıxışında onu da vurğuladı ki, təhsilin keyfiyyəti sahəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində uğurlu addımlar atılır və inanıram ki, bu iş davam etdiriləcəkdir. Xarici ölkələrin ali məktəbləri ilə əlaqələrə toxunan hörmətli nazir onu da qeyd etdi ki, son 10 il ərzində Azərbaycan gənclərinin xaricdə təhsil almaları ilə bağlı dünyanın bir neçə böyük ölkəsi ilə hökumətlərarası saziş imzalanmışdır. İndi biliyi, istedadı olan hər bir gənc dövlətimizin vəsaiti hesabına xaricdə təhsil ala bilər.
Bu gün Azərbaycandan kənarda üç mindən çox gəncin təhsil aldığını deyən nazir ölkəmizdə təhsil alan əcnəbi vətəndaşların da sayının durmadan artdığını söylədi.
Tədbirdə çıxış edən qonaqlardan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri professor Fikrət İsmayılov son illər ölkəmizdə geniş vüsət alan tikinti, quruculuq və abadlıq işlərindən söhbət açdılar və bu işlərin görülməsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin kadrlarına həmişə böyük ehtiyac olduğunu vurğuladılar. Çıxış edən natiqlər təhsillərini başa vurmuş məzunları təbrik etdidər, onlara ən xoş arzularını bildirdilər.
Mərasimdə çıxış edən memarlıq fakültəsinin məzunu Əsmər Axundzadə isə məzunlar adından ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışdı və məzunu olduqları Azərbaycan Memarlıq və İnşaat Universitetinin adını həmişə uca tutacaqlarına söz verdi.
Mərasimdə universiteti əla qiymətlərlə bitirmiş və ictimai işlərdə fəal çalışan bir qrup gəncə Fərqlənmə diplomu və Fəxri fərmanlar təqdim olundu.
Məzunların buraxılış gecəsi maraqlı konsert proqramı ilə davam etdirildi.

{nl}

Akif HACIYEV, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "İnşaatçı kadrlar" qəzetinin redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında