Ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilmişdir

İyulun 4-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirmişdir.
İmtahan Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində keçirilmişdir. İmtahanın keçirilməsi üçün Bakıda 48, Sumqayıtda 6, Naxçıvan şəhərində isə 3 bina ayrılmışdır. İmtahana ümumilikdə 2 min 200-dən çox müəllim nəzarət etmişdir.
Bu il III qrup üzrə 33 min 316 abituriyent ərizə təqdim etmişdir.
Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 162 abituriyent xarici ölkələrin vətəndaşlarıdır.
İmtahan bütün binalarda saat 11:00-da başlanmış və 3 saat davam etmişdir.
İyulun 5-də saat 20:00-da "Space" telekanalının canlı efirində TQDK-ın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları barədə məlumat veriləcəkdir. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları, eyni zamanda, TQDK-ın internet saytında yerləşdiriləcəkdir.
Test imtahanının nəticələri də qısa müddətdə TQDK-ın internet saytında yerləşdiriləcəkdir. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənə biləcəklər.
Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaqdır.
Müsabiqəyə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan; III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaqlar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələblər qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra müəyyən ediləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında