Tədrisin effektliyini artırmaq məqsədi ilə yeni elektron dərslər hazırlanır

Respublikanın ümumtəhsil müəssisələrində elektron dərslərin geniş tətbiqinə başlanılacaqdır. Layihə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na əsasən həyata keçirilir.
Təhsil Nazirliyindən bildirmişlər ki, dərslər Azərbaycan respublikasının təhsil portalında öz əksini tapacaqdır. İndiyədək portalda 4 fənn üzrə 30-a yaxın dərslik yerləşdirilmişdir. Hazırda daha 8 fənn üzrə dərslər hazırlanır. Bunlar əsasən texniki fənləri əhatə edəcəkdir. Peşəkar müəllim heyətinin iştirakı ilə böyük bir komandanın hazırladığı dərslər milli kurrikulum standartlarına tam cavab verir. Onların hazırlanması zamanı müxtəlif mənbələrdən istifadə olunur. Bu da yeni tədris metodunun üstünlüklərini artırır.
Elektron dərslər vasitəsilə çətin təcrübələri heç bir avadanlığa ehtiyac olmadan aparmaq mümkündür. Üstəlik, təcrübələr əlavə xərc tələb etmir və təhlükəsiz şəraitdə həyata keçirilir. İbtidai siniflər üçün də hazırlanan elektron dərslər maraq doğurur. Belə dərslərdə nağıllarımızın qəhrəmanları canlandırılır. Bu da azyaşlı uşaqlara həm milli irsimizi unutmamağa kömək edir, həm də təqdim olunan mövzulara, dərs prosesinə maraq yaradır. Aparılan müşahidələr təsdiq edir ki, elektron dərslər tədrisin effektliyini artırır. Hazırda bir sıra Avropa ölkələrində, o cümlədən Rusiya, Estoniya və Böyük Britaniyada bu metoddan geniş istifadə olunur. Elektron dərslərin hazırlanmasında həmin ölkələrin təcrübəsi öyrənilmişdir.
Qeyd edək ki, elektron dərs vasitələrini müəllimlər də yarada bilər. Onların təqdim etdiyi hər bir dərslik Təhsil Nazirliyinin elektron tədris resurslarının qiymətləndirilməsi üzrə şura tərəfindən təhlil olunaraq təhsil portalında yerləşdiriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında