Yeni kollektiv sazişdə təhsil işçilərinin və tələbələrin sosial hüquqlarının müdafiəsi məsələləri xüsusi yer almışdır

İyulun 5-də Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2010-2013-cü illər üçün kollektiv saziş imzalanmışdır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) keçirilən imzalanma mərasimində çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə təhsil işçilərinə göstərilən diqqət və qayğıdan danışmışdır. O, kollektiv sazişin mahiyyəti barədə məlumat verərək bildirmişdir ki, 2007-2009-cu illəri əhatə etmiş kollektiv sazişdə yer alan müvafiq məsələlər üzrə səmərəli tədbirlər həyata keçirilmişdir.
Yeni kollektiv sazişdə də təhsil işçilərinin və tələbələrin sosial hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, bu məsələlərin həllində sosial əməkdaşlıq prinsipləri xüsusi yer almışdır.
Təhsil naziri Misir Mərdanov təhsil sahəsində həyata keçirilən tədbirlərdən danışmışdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq sentyabrın 15-dən ölkəmizin ali məktəblərində adambaşına maliyyələşmə sisteminə keçiləcəyini bildirmiş və bu sistemin mahiyyətini xatırlatmışdır.
Nazir, eyni zamanda, kollektiv sazişin əhəmiyyətini vurğulamışdır.
Sonra kollektiv saziş imzalanmışdır.
Sənədi S.Mehbalıyev və M.Mərdanov imzalamışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında