BDU ilə MDB-nin Nanotexnologiya üzrə Beynəlxalq İnnovasiya Mərkəzi arasında memorandum imzalanmışdır

Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov MDB-nin Nanotexnologiya üzrə Beynəlxalq İnnovasiya Mərkəzinin direktoru, Nüvə Tədqiqatları Birləşmiş İnstitutunun direktor müavini Aleksandr Ruzayev ilə görüşmüşdür.
Görüşdə çıxış edən BDU-nun rektoru, akademik A.Məhərrəmov nanotexnologiyaların innovasiya imkanlarından, həmçinin universitetdə yaradılmış Nanotexnologiya Mərkəzinin fəaliyyətindən danışmışdır.
Aleksandr Ruzayev nanotexnologiya ilə bağlı fikirlərini bildirmişdir.
Sonra BDU ilə MDB-nin Nanotexnologiya üzrə Beynəlxalq İnnovasiya Mərkəzi arasında memorandum imzalanmışdır.
Memorandumda nanotexnologiya sahəsində birgə beynəlxalq proqramlarda və layihələrdə iştirak etmək, elmi simpoziumlar, seminarlar, konfranslar keçirmək və s. nəzərdə tutulur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında