Abituriyentlərin nəzərinə!

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2010/2011-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə (bakalavr pilləsi, rus bölməsi) tələbə qəbulu elan edir:
1. Filologiya (rus və roman-german filologiyası):
a) rus filologiyası - 7 yer;
b) fransız filologiyası - 9 yer;
c) ispan filologiyası - 9 yer.
2.Tətbiqi riyaziyyat - 25 yer.
3. Kimya - 25 yer.
4. Psixologiya - 25 yer.
Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı Qəbul Komissiyası tərəfindən aparılan sınaqlarda yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi test imtahanlarında 350 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər. Orta məktəbin Azərbaycan bölməsini rus dili fənni üzrə "əla" və "yaxşı" qiymətlə bitirən və TQDK-nın keçirdiyi test imtahanlarında 350 və daha artıq bal toplayan abituriyentlər də qəbul sınaqlarında iştirak edə bilərlər.
Qəbul sınaqları aşağıdakı fənlər üzrə aparılacaqdır:
1. Filologiya fakültəsi
a. rus filologiyası:
rus dili və ədəbiyyatı (yazılı, inşa);
rus dili və ədəbiyyatı (şifahi).
b. roman-german filologiyası:
rus dili və ədəbiyyatı (yazılı, inşa);
xarici dil: ingilis, fransız və ya alman (yazılı).
2. Kimya fakültəsi:
riyaziyyat (yazılı);
kimya (yazılı).
3.Tətbiqi riyaziyyat fakültəsi:
riyaziyyat (yazılı).
4. Psixologiya fakültəsi:
rus dili (yazılı, ifadə);
biologiya (yazılı).
Qəbul sınaqlarında iştirak etmək istəyənlər qəbul komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Ali məktəblərə keçirilən test imtahanlarında toplanılan ballar haqqında TQDK-nın arayışı.
2. Orta təhsil haqqında sənəd (attestat, əsli).
3. Şəxsiyyət vəsiqəsi.
4. 3x4 sm ölçüdə 8 ədəd fotoşəkil.
Müsabiqə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı Qəbul Komissiyasının keçirdiyi sınaqların nəticələri əsasında aparılacaqdır.
Moskva Dövlət Universitetinin Bakı Filialına sınaqlardan keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.
Filialın tədris fəaliyyəti M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris plan və proqramları əsasında həyata keçirilir, tədrisdə müasir texnologiya və metodlardan istifadə olunur.
Tədris, əsasən, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir.
Təhsil aldıqları müddətdə fərqlənən tələbələr yuxarı kurslarda M.V.Lomonosov adına Moskva Dövlət Universitetində iki semestr ərzində təhsil almaq imkanı əldə edəcəklər. Filialın məzunlarına M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin diplomu təqdim ediləcəkdir.
Sənəd qəbulu:
filologiya fakültəsinə - 8-23 iyul 2010-cu il tarixlərində saat 9.00-dan 18.00-dək;
kimya və psixologiya fakültələrinə - 8-26 iyul 2010-cu il tarixlərində saat 9.00-dan 18.00-dək;
tətbiqi riyaziyyat fakültəsinə - 8-30 iyul 2010-cu il tarixlərində saat 9.00-dan 18.00-dək.
Qəbul sınaqları 25 iyul - 01 avqust 2010-cu il tarixlərində keçiriləcəkdir.
Ünvan: Bakı şəhəri, Firudin Ağayev küçəsi, 14 (metronun Elmlər Akademiyası stansiyasının yanı).{nl}

Əlaqə telefonları: 510 92 02, 510 96 08.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında