Gənclər enerji problemlərinə həsr olunmuş məsələləri Azərbaycan Diplomatik Akademiyasının 4-cü Bakı Enerji Yay Məktəbində müzakirə edirlər

Azərbaycan Diplomatik Akademiyasının (ADA) 4-cü Bakı Enerji Yay Məktəbi iyulun 5-də "Crescent Beach" mehmanxanasında işə başlamışdır.
Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev Azərbaycanın enerji siyasətindən, son 16 ildə həyata keçirilən enerji layihələrindən, əldə olunan uğurlardan danışmışdır. Bildirmişdir ki, yay məktəbinin keçirilməsinin əsas məqsədi Azərbaycanı dünyaya yalnız neft ixrac edən ölkə kimi deyil, eyni zamanda, bu sahədə bilikləri ixrac edən dövlət kimi tanıtmaqdır.
H.Paşayev diqqətə çatdırmışdır ki, ölkəmiz keçmiş SSRİ məkanında da böyük həcmdə neft ixrac edən respublika olsa da, əldə edilən gəlirlərin yalnız 5 faizi Azərbaycana çatırdı.
Bu gün Azərbaycan neft-qaz, enerji resurslarının ixracı sahəsində çox böyük irəliləyişə nail olmuşdur. Ölkəmizin enerji siyasətinin prioritet istiqaməti isə enerji resurslarını şaxələndirməklə iqtisadiyyatın müxtəlif sahələrini inkişaf etdirməkdir.
Sonra müxtəlif mövzular ətrafında çıxışlar olmuş, müzakirələr aparılmışdır.
Yay məktəbində Türkiyə, Polşa, Yunanıstan, Macarıstan, ABŞ, Malayziya, Mozambik və digər ölkələrdən 41 iştirakçı təhsil almaq hüququ qazanmışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və "ExxonMobil"in dəstəyi ilə keçirilən yay məktəbində xarici ölkələrdən gəlmiş gənc diplomatlar, tələbələr dünyanın və Azərbaycanın enerji bazarında mövcud meyilləri, enerji bazarının hüquqi, iqtisadi və ekoloji aspektlərini, transmilli yerli və xarici neft şirkətlərinin fəaliyyət istiqamətlərini araşdıracaqlar.
İyulun 17-dək davam edəcək tədbirdə ADA-nın, ABŞ-ın Harvard, Rays və digər universitetlərinin, İsrailin, Böyük Britaniyanın, Fransanın tanınmış professorları mühazirə oxuyacaqlar.
ARDNŞ, "ExxonMobil", "TOTAL", "Schlumberger", "İtochu", "RWE" və "bp"-nin mütəxəssisləri neft və qaz sənayesinin praktiki məqamları barədə təcrübələrini bölüşəcəklər.
Proqramın sonunda iştirakçılara sertifikatlar veriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında