2020-ci ilə qədər Azərbaycanda hər şagirdə 1 kompüter düşəcək

 

 

2020-ci ilə qədər Azərbaycanda hər şagirdə 1 kompüter düşəcək. APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bildirmişdir.

Onun sözlərinə görə, 2005-ci ildə Azərbaycanda hər 1000 şagirdə bir kompüter düşürdüsə, hazırda bu rəqəm hər 20 şagirdə 1 kompüter təşkil edir: “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulub ki, 2020-ci ilə qədər bütün təhsil müəssisələri Azərbaycan Təhsil Şəbəkəsinə qoşulsun, hər sinif otağı noutbuklarla, elektron lövhələrlə və internetə çıxışla təmin olunsun. Hər şagirdin özünün planşeti və noutbuku olsun”.

S.Məmmədov demişdir ki, hazırda Azərbaycan Təhsil Şəbəkəsinə 1700 təhsil müəssisəsi, o cümlədən 50 elektron məktəb qoşulub: “Azərbaycanda müəllimlərin 69 faizi İKT təlimlərindən keçmişdir. 20 məktəbdə kağız jurnal ləğv edilərək, elektron jurnallar tətbiq olunur. Sentyabrdan isə daha 22 məktəbdə kağız jurnallar ləğv olunacaq. 2020-ci ilə qədər bu məktəblərin sayı 1000-ə çatdırılacaq”.

S.Məmmədov əlavə etmişdir ki, bir neçə aydan sonra Təhsil Nazirliyi tərəfindən “Təhsil TV” açılacaq. Azərbaycan Təhsil Şəbəkəsi tərəfindən yayımlanacaq TV-də təhsildə olan bütün yeniliklər ictimaiyyətə çatdırılacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında