Vikipediyanın yaranma tarixinə, hazırkı vəziyyətinə və mövcud problemlərə həsr olunmuş kitab çap edilmişdir

AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, akademiyanın müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyevin və İTİ-nin sektor müdiri İradə Ələkbərovanın birgə müəllifliyi ilə "Vikipediya. Virtual ensiklopediya" kitabı "İnformasiya Texnologiyaları" nəşriyyatında çap olunmuşdur.
AMEA İTİ-nin Elmi Şurasının qərarı ilə ilk dəfə nəşr olunmuş kitabda Vikipediyanın yaranma tarixi, hazırkı vəziyyəti haqqında ətraflı məlumat verilir və mövcud problemlərə toxunulur.
Kitabın "Giriş"ində oxucu üçün olduqca maraqlı məlumatlar vardır. Burada bildirilir ki, Vikipediya ensiklopediyası 2001-ci il yanvarın 15-də fəaliyyətə başlamış, internet şəbəkəsində yerləşdirilməsindən bir neçə il sonra dünyanın 10 ən populyar saytı sırasına daxil olmuşdur. Ötən il isə Vikipediya ensiklopediyası internetdə fəaliyyət göstərən təxminən 230 milyon sayt arasında müraciətlərin sayına görə birinci yeri tutmuşdur. Carı ilin may ayına olan məlumata görə, Vikipediya ensiklopediyasında 15,7 milyon məqalə yer almışdır.
Əsərdə ensiklopedik məqalələrin yaradılması üçün tətbiq edilən qayda və mexanizmlər geniş şərh edilir. Bununla yanaşı, vəsaitdə Vikipediyanın müxtəlif törəmə layihələri və İnternetdə yerləşdirilmiş bir sıra populyar ensiklopediyalar haqqında məlumatlar da öz əksini tapmışdır. Kitabda Vikipediyadan informasiyanı daha asan əldə etmək imkanları, həmçinin yeni məqalələrin yaradılması və redaktəsi üçün daha optimal üsullar da göstərilmişdir. Müəlliflər Vikipediya ensiklopediyasının yeni istifadəçiləri üçün yaranan çətinlikləri də nəzərə alaraq, onların müzakirələrdə, səsvermələrdə sərbəst iştirak etmələri üçün kitaba Vikipediya terminlərini, eləcə də populyar ensiklopediyaların internet ünvanlarını da daxil etmişlər.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu maraqlı kitabın elmi redaktoru AMEA İTİ-nin şöbə müdiri, dosent Ə.Əliyevdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında