Azərbaycan Diplomatik Akademiyasının 4-cü Bakı Enerji Yay Məktəbi işə başlamışdır

İyulun 3-də Azərbaycan Diplomatik Akademiyasının (ADA) 4-cü Bakı Enerji Yay Məktəbi işə başlamışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və ExxonMobil-in dəstəyi ilə keçirilən yay məktəbində xarici ölkələrdən gəlmiş gənc diplomatlar, tələbələr dünyanın və Azərbaycanın enerji bazarında mövcud olan meyilləri, enerji bazarının hüquqi, iqtisadi və ekoloji aspektlərini, transmilli yerli və xarici neft şirkətlərinin fəaliyyət istiqamətlərini araşdıracaqlar.
İyulun 17-dək davam edəcək tədbirdə ADA-nın, ABŞ-ın Harvard, Rays və digər universitetlərinin, İsrailin, Britaniyanın, Fransanın tanınmış professorları mühazirə oxuyacaqlar. Bundan əlavə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, sənaye və energetika naziri Natiq Əliyev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və başqaları çıxış edəcəklər. ARDNŞ, ExxonMobil, TOTAL, Schlumberger, Itochu, RWE və bp-nin mütəxəssisləri neft və qaz sənayesinin praktiki məqamları barədə öz təcrübələrini bölüşəcəklər.
Yay məktəbində Türkiyə, Polşa, Yunanıstan, Macarıstan, ABŞ, Malayziya, Mozambik və digər ölkələrdən 41 iştirakçı təhsil almaq hüququ qazanmışdır.
Azərbaycanın xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev bildirmişdir ki, proqramın böyük əhəmiyyəti ondadır ki, iştirakçılar burada bir-biri ilə ünsiyyətdə olacaq, aldıqları məlumatlardan və təcrübə mübadiləsindən gələcəkdə öz tədqiqat işlərində istifadə edəcəklər. Enerji siyasətinin müzakirəsi və əldə ediləcək nəticələr iştirakçıların diqqətini daha çox cəlb etmişdir. Onlar həm enerji problemlərini araşdıracaq, həm də Azərbaycanla bağlı məlumat əldə edəcəklər.
İştirakçılar Azərbaycanın tarixi və mədəniyyəti, neft sənayesinin keçmişi və bu günü ilə yaxından tanış olacaqlar.
Proqramın sonunda iştirakçılara sertifikat veriləcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında